Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İordaniyadakı bazasına hücuma ağır cavab verəcək

İordaniyadakı ABŞ hərbi bazasına pilotsuz təyyarə hücumuna Ağ Evin cavabı İraq və Suriyada əvvəlki cavab hücumlarından daha güclü ola bilər...

Poliqon xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Eyni zamanda, CNN qeyd edir ki, ABŞ Müdafiə Nazirliyi və Ağ Ev öz planlarını gizli saxlamağa çalışır.

Telekanal ABŞ prezidenti Co Baydenin İordaniyadakı bazaya hücumlardan sonra "artan təzyiq" altında olduğunu açıqlayıb. CNN-in məlumatına görə, bəzi respublikaçılar ABŞİrana qarşı birbaşa cavab tədbirləri görməyə çağırıb.

Mənbələr bildirir ki, Bayden administrasiyası Suriyaİraqdakı İran silahlı qruplaşmalarına zərbələr endirməyi düşünür. Digər mümkün cavab "hücumedici kiberhücum"dur. Bununla yanaşı, telekanal vurğulayır ki, ABŞ son aylarda İraqSuriyadakı İran tərəfdarı qrupların nümayəndələrinin silah anbarlarına dəfələrlə hücum edib, lakin bu, yaraqlıları dayandırmaq üçün yetərli olmayıb.

Bir gün əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Yaxın Şərqdəki qoşunlarına qarşı hücuma cavab verəcəyinə söz vermişdi.

Poliqon.info


Etiket: ABŞ İordaniya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar