Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Panama prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Panama Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti Laurentino Kortizo Kohenə təqdim edib...

Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Paytaxt Panama şəhərində yerləşən Prezident Sarayında keçirilən mərasimdə M.Talıbov ilk olaraq, Prezident Laurentino Kortizoya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Panama prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Prezident L.Kortizo ilə səfir arasında baş tutan söhbət zamanı Azərbaycanla Panama arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində davamlı təmaslar, səmərəli dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib.

Prezident L.Kortizo rəhbərlik etdiyi hökumətin Panama ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib və bu istiqamətdəki gələcək fəaliyyətində səfir M.Talıbova uğurlar arzu edib.

Mərasimdən sonra, Panama xarici əlaqələr naziri xanım Janaina Tevaney ilə səfir M.Talıbov arasında ayrıca görüş keçirilib. Görüşdə iki ölkə arasında mövcud əlaqələrin hazırkı vəziyyəti və qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, iki ölkə arasında humanitar, mədəniyyət, təhsil, habelə iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşu üzrə potensialın olduğu bildirilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Azərbaycan Prezidenti bütün ölkələri planeti xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıb

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Ən çox oxunanalar