Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Hüseynli: Rusiyanın qarnında hələ də Qarabağ ağrısı qalır...

Lavrova görə, əgər Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Rusiya hələ də Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşacaqdı...

Politoloq: “Sanki ruslar Qarabağa görə özlərini ermənilərin qarşısında borclu və günahkar hiss edirlər və buna görə də günahı Ermənistan hakimiyyətinin üstünə atırlar”.

“Sual olunur, əgər Qarabağ Azərbaycanın ərazisi olaraq rusiya və bütün dünya ölkələri tərəfindən tanınırsa, onda Paşinyanın Azərbcanın ərazi btövlüyünün Ermənistan tərəfindən tanınması Rusiyanı niyə təəəccübləndirir”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiyanın xarici işlər nazirinin Qarabağla bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qarabağın status məsələsi artıq qapalıdır. Lavrov bunu Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə əlaqələndirib. Lakin Lavrovun çıxışından belə çıxır ki, əgər Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı Rusiya hələ də Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşacaq, əslində isə ölkəmizin beynəlxalq səviyyədə tanınan sərhədlərini tanımayacaqdı.

Rusiyanın ikili standatlardan doğan bu yanaşmasını necə dəyərləndirmək olar və bu ikiüzlü yanaşma əslində nədən xəbər verir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Moskva Qarabağı Cənubi Qafqazda qala bilməsi üçün mühüm vasitə hesab edir”.

Son zaman Rusiyanın bu bölgədə neoimperialist siyasəti həyata keçirdiyini vuröulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiyanın Azərbaycanla strateji tərəfdaşlıq haqqındakı müqaviləsi də boş şeydir:

Azərbaycanın ərazi bütövlüyünün tanınmasının Rusiya tərəfindən Paşinyanın üstünə atılmasını birinci dəfə Lavrov deməyib. Bu fikiri Lavrovdan əvvəl Rusiya prezidenti Vladimir Putin iki dəfə keçirdiyi mətbuat konfransında deyib.

Onlara görə, Qarabağın Azərbaycanın suveren hakimiyyəti altına alınması ilə bağlı Rusiyanın heç bir təqsiri yoxdur. Rusiya rəsmiləri deyir ki, bu işi görən Ermənistanın Baş naziri Nikol Paşinyan olub. Yəni Rusiya bununla demək istəyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistandır vəbu yolla özlərin ermənilərin qarşısında təmiz çıxarmağa çalışırlar. Bu yanaşmada diqqət çəkən iki məsələ var. Birincisi, ruslar özlərini ermənilərin qarşısında təmizə çıxarmaq üçün Azərbaycanın beynəlxalq səviyyədə tanınan və bütün qarşlıqlı əməkdaşlıq sənədlərində özünün də tanıdığ ərazi bütövlüyünü şübhə altına alır ki, bu da ölkəmizə və xalqımıza qarşı böyük hörmətsizlikdir. İkinci diqqət çəkən məsələ isə odur ki, sanki ruslar Qarabağa görə özlərini ermənilərin qarşısında borclu və günahkar hiss edirlər və buna görə də günahı Ermənistan hakimiyyətinin üstünə atırlar.

Qabil Hüseynli: “Rusiya rəhbərliyi aydın şəkildə deyirlər ki, Nikol Paşinyan başqa cür hərəkət etsəydi, onlar da Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayacaqdılar. Bir daha deyirəm ki, bu ikiüzlülüyün eyforik səviyyəsidir”.

Sual olunur, əgər Qarabağ Azərbaycanın ərazisi olaraq rusiya və bütün dünya ölkələri tərəfindən tanınırsa, onda Paşinyanın Azərbaycanın ərazi btövlüyünün Ermənistan tərəfindən tanınması Rusiyanı niyə təəəccübləndirir və niyə bundan rusiya rəhbərliyi şok vəziyyətinə düşür? Paşinyanın Azərbcanın ərazi btövlüyünü qanunauyğunluq deyilmi? Rusiya tərəfi bundan niyə narahat olur və Ermənistan hakimiyyətini buna görə niyə ittiham edir? Əslində ikiüzlü siyasət dediyimiz də elə budur.

Rusiya rəhbərliyi aydın şəkildə deyirlər ki, Nikol Paşinyan başqa cür hərəkət etsəydi, onlar da Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayacaqdılar. Bir daha deyirəm ki, bu ikiüzlülüyün eyforik səviyyəsidir.

Son zaman görünür ki, Rusiya bu bölgədə neoimperialist siyasəti həyata keçirir. Rusiyanın Azərbaycanla strateji tərəfdaşlıq haqqındakı müqaviləsi də boş şeydir. Rusiya istənilən anda bizə xəyanət edə bilər və Moskvadan tez-tez səsləndirilən bu fikirlər də bunu sübut edir. Yəni Rusiyanın qarnında Qarabağ ağrısı hələ də qalır və yəqin ki, bir müddətdə qalacaq. Çünki Moskva Qarabağı Cənubi Qafqazda qala bilmək üçün mühüm vasitə hesab edir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Ən çox oxunanalar