Bazar, 23 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda daşınmaz əmlak bu qədər bahalaşacaq - Qiymətlər

Ötən ilə nəzər salsaq görərik ki, əmlak qiymətlərində 25-30%-dək artım oldu. Artım, əsasən, ilkin mənzil bazarında müşahidə olundu...

Poliqon bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.

O bildirib ki, ötən illə müqayisədə bu il də qiymət artımı olacaq:

"Çünki Bakı şəhərində əmlaka tələbat çox yüksəkdir. Hesab edirəm ki, bu il yeni tikililərdə qiymətlər 10%-dək artacaq. Bina tikən sahibkarlar əvvəllər 1 kvadratmetrin maya dəyərinin 800-1200 manat olduğunu deyirdilərsə, artıq bu qiymət torpaq sahəsi ilə birlikdə 2000 manata çatıb. Son vaxtlar qiymətlər kvadratmetr üçün 1500-2000 manat arasında dəyişir. Qiymət artımı təkrar mənzil bazarına da təsir edir, əsasən burada 30% artım müşahidə olunur".

Mütəxəssis vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanın daşınmaz əmlak bazarında hər 5 ildən bir artım olur:

"Qiymət artımı əsasən Nərimanov, Xətai, Nizami, Nəsimi və Səbail rayonlarında müşahidə olunacaq. Qeyri-yaşayış sahələrində isə ötən il 20% artım oldu. Bu il 10%-dək bahalaşma ola bilər. Çünki biznes sahələrinə də maraq artdığından, sahibkarlar qiymət artımı ilə üzləşəcək.

Mərkəzi hissələrdə yerləşən qeyri-yaşayış sahələrində daha çox qiymət artımının olacağı gözlənilir. Qiymət 1 kvadratmetr üçün 1-ci mərtəbələrdə 8-10 min manat, minimum qiymətlər 5-7 min manat aralığında dəyişəcək. Qiymətlərin artması icarə haqlarına da təsir göstərəcək. İcarə qiymətlərinin təxminən 10-15% civarında artımı müşahidə olunacaq".

Poliqon.info 


Etiket: Mənzil


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İyulun 1-dən kommunal xidmətlərin qiymətləri artacaq

Putinin Şimali Koreya səfəri bu ölkənin "ürəyinə qurd saldı"

Azərbaycanda "WhatsApp"da yayılan səs yazısı ilə bağlı rəsmi açıqlama

Deputatlar növbədənkənar parlament seçkisində seçilməsələr, nə edəcəklər?

Milli Məclisin iyunun 25-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb

Avropa futbolunun ən yaxşı hücumçularının adları açıqlanıb

Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib - Fotolar 

Prezident İlham Əliyev “Euronews”a müsahibə verib

Diplomatik qarşıdurma yeni mərhələdə: ABŞ ölkədəki Rusiya viza mərkəzlərini bağlayır

Ən çox oxunanalar