Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belqorod sakinləri şəhərdən qaçır

Müvəqqəti olaraq şəhəri tərk etmək qərarına gələn Belqorod sakinlərinə həm bölgədə, həm də qonşu bölgələrdə təşkil edilmiş müvəqqəti yaşayış mərkəzlərinə köçməyə kömək olunur...

Poliqon xəbər verir ki, bu barədə vilayətin Starıy Oskol şəhər dairəsinin administrasiyasının rəhbəri Andrey Çesnokov öz "Telegram" kanalında məlumat verib.

"Bölgə qubernatoru Vyaçeslav Qladkovun göstərişi ilə biz ən təhlükəsiz yerə köçmək qərarına gələn ilk Belqorod sakinləri ilə görüşdük. 100-dən çox insan müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilib", deyə Çesnokov bildirib.

Onun sözlərinə görə, Belqorod sakinləri məntəqələrə həm yanvarın 5-də, həm də 6-da gəliblər. O, həmçinin Belqorod sakinləri üçün yeni müvəqqəti mənzilləri şəxsən yoxladığını deyib.

"Otaqlar isti və təhlükəsizdir, şərait rahatdır. İlk olaraq bütün ailələrə ərzaq bağlamaları paylanılıb", deyə administrasiya başçısı əlavə edib.

O, aydınlaşdırıb ki, müvəqqəti yerləşdirmə mərkəzlərində gündə 3 dəfə yemək verilir, kömək üçün həkimlərlə əlaqə saxlamaq imkanı da var.

Qeyd edək ki, dekabrın 29-dan etibarən Belqorod və onun ətraf əraziləri mütəmadi olaraq Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumlarına məruz qalır. Nəticədə fərdi və çoxmənzilli yaşayış binalarına, avtomobillərə və binalara müxtəlif ziyan dəyib.

Atışma nəticəsində xeyli sayda sakin yaralanıb, bəziləri itkin düşüb. Qubernator Qladkovun yanvarın 6-na olan məlumatına görə, 69 nəfər xəstəxanalarda müalicə almaqda davam edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

Azərbaycan idmançıları Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qalib olublar

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Ən çox oxunanalar