Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı Azərbaycan, Qazaxıstan və Gürcüstana Orta Dəhlizin səmərəliliyini artırmaq yollarını təklif edib

Dünya Bankı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun) səmərəliliyini artırmaq üçün Azərbaycan, Qazaxıstan və Gürcüstana bütün nəqliyyat şəbəkəsi üzrə yüklərin izlənilməsi imkanının təminini tövsiyə edir.

“Report” Dünya Bankının hesabatına istinadən xəbər verir ki, bunun üçün həm dəmir yolu, həm də Xəzər dənizi ilə daşımaları əhatə edən vahid elektron sənəd dövriyyəsinə keçid təmin edilməlidir.

“Logistik qovşaqların yaradılması hesabına yüklərin konsolidasiyası, dəmir yolu nəqliyyatına keçidə yardım göstərmək və Şərqlə Qərb arasında yük axınlarının balansını yaxşılaşdırmaq məqsədəuyğun olardı. Bundan başqa, yekun nəqliyyat tariflərinin şəffaflığını və proqnozlaşdırıla bilənliyini təmin etmək lazımdır”, - hesabatda qeyd edilib.

Dünya Bankı AzərbaycanQazaxıstana dəniz limanında yüklərin daşınma müddətini azaltmağı, Bakı-Aktau və əks istiqamətdə marşrutlar üzrə konteynerlərin həcmlərini artırmağı, konteynerlər üçün yük və liman tariflərini aşağı salmağı tövsiyə edir. Bundan əlavə, Azərbaycan yüklərin gəmilərdən sahilə daşınmasının səmərəliliyini artırmalı, Qazaxıstan isə limanların bağlanması parametrlərini nəzərdən keçirməli və bütün bazar iştirakçıları üçün ayrı-seçkilik olmadan liman xidmətlərinə çıxışı təmin etməlidir. Dünya Bankı Gürcüstan üçün isə liman-dəmir yolu/avtomobil daşımalarının səmərəliliyinin artırılmasını, naviqasiya kanalının vəziyyətinin yaxşılaşdırılmasını və konteynerlər üçün liman tariflərinin azaldılmasını təklif edir (hazırda bütün Qara dəniz regionunda ən yüksək tarifdir).

Dəmir yolları və sərhəd-keçid məntəqələrinə gəlincə, bankın analitikləri təklif edirlər ki, Qazaxıstan vaqonların sayını təmin etsin, manevr əməliyyatlarının səmərəliliyini artırsın, Azərbaycan və Gürcüstan isə əsasən keçid məntəqələrində vaqonların sayını artırmalıdırlar. Söhbət xüsusən Gürcüstan və Azərbaycan arasında sərhəd-keçid məntəqələrində “dəmir yolu-dəniz limanı” daşıma mərhələsində səmərəliliyin artırılmasından gedir.

“Bu addımlar məhdud investisiya nəticəsində də əhəmiyyətli nəticələr verə bilər. Bunlar prioritet, dərhal diqqət tələb olunduğu məsələ kimi nəzərdən keçirilə bilər”, - Dünya Bankı hesab edir.

Bank 2030-cu ilə qədər Orta Dəhliz boyunca daşımaların həcminin 2021-ci illə müqayisədə üç dəfə artacağını və yüklərin daşıma müddətini iki dəfə azalacağını proqnozlaşdırır: “İnvestisiya və əməliyyat təkmilləşdirmələrinin düzgün kombinasiyası vasitəsilə bu dəhliz transkontinental ticarətin iqtisadi və siyasi davamlılığına əhəmiyyətli töhfə verə bilər. Bundan başqa, bu layihə dəniz limanlarına çıxış vasitəsilə Çinə, Avropaya və dünyanın digər regionlarına etibarlı marşrut təmin etməklə Mərkəzi Asiya və Cənubi Qafqazın potensialını inkişaf etdirəcək”.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır.

Poliqon.info 


Etiket: Dünya Bankı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar