Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırğızıstan parlamenti dövlət bayrağında dəyişikliyi təsdiqləyib

Qırğızıstan parlamentinin deputatları ikinci və üçüncü oxunuşda dövlət bayrağının dizaynının qismən dəyişdirilməsi təklifini dəstəkləyiblər...

Poliqon “Sputnik Qırğızıstan” portalına istinadən xəbər verir ki, parlamentin qərarı ilə bayrağın üzərindəki günəş şüaları artıq dalğalı deyil, düz şəkildə olacaq. Dəyişikliyə səbəb dalğalı günəş şüalarının ölkənin əsas simvolunu Qırğızıstanla əlaqəli olmayan günəbaxanı xatırlatması olub.

Bayrağın dəyişdirilməsinin lehinə 59 deputat, əleyhinə isə 5 deputat səs verib. Noyabrın sonunda parlament üzvləri düzəlişləri birinci oxunuşda qəbul ediblər.

“Sputnik Qırğızıstan” qeyd edir ki, hazırkı formatda dövlət bayrağının təsviri olan bütün növ rəsmi sənədlər etibarlılıq müddəti bitənə qədər etibarlı olacaq.

Qırğızıstan prezidenti Sadır Japarov bayrağın dəyişdirilməsinin onun təşəbbüsü olduğunu bildirib.

“Bundan əvvəl cəmiyyətdə aktiv fikir var idi ki, bayrağımız günəbaxan kimi görünür və bu fonda ölkə dizdən qalxa bilmir. Hətta elə hallar olub ki, bizə qonaq gələn əcnəbilər deyirlər ki, yəqin ki, bizdə günəbaxan çox əkilir”, deyə Sadır Cəfərov bildirib.

Qırğızıstan hakimiyyətinin fikrincə, düz şüalar bayraqdakı simvolu daha çox günəşə bənzədəcək.

Qeyd edək ki, Qırğızıstan bayrağı 1992-ci il martın 3-də təsdiq edilib. Üzərindəki qırmızı rəng şücaət və mərdlik, günəş həyatın əbədiliyi, əmin-amanlıq və sərvət rəmzi, alaçıqlar isə ev və qonaqpərvərlik rəmzidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar