Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamda keçirilən beynəlxalq forumun iştirakçıları dünya ictimaiyyətinə müraciət ediblər

Ağdamda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları adından dünya ictimaiyyətinə müraciət qəbul edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, müraciətdə bildirilir:

"Biz - “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamdan beynəlxalq ictimaiyyətə müraciət edərək mina və partlamamış hərbi syrsatlara qarşı mübarizədə daha fəal olmağa çağırış edirik. BakıAğdam şəhərlərində 2 gün ərzində keçirilmiş geniş müzakirələr problemin qlobal məzmununu bir daha nümayiş etdirdi. Hazırda dünya xəritəsindəki ölkələrin 3-də 1-i mina problemindən əziyyət çəkir. Humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Azərbaycan Respublikası artıq humanitar minatəmizləməni milli məqsəd kimi müəyyən edib.

Azərbaycan mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr siyahısındadır. İlkin məlumatlara görə, Azərbaycan Respublikası ərazisində 1.5 milyondan çox mina və partlamamış hərbi sursat var. 2020-ci ildə 44 günlük müharibədən sonra 338 nəfər işğaldan azad edilmiş ərazilərdə mina qurbanı olub. Onlardan 65 nəfəri həlak olub, 273 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9 nəfəri uşaq və gənc, 1 nəfəri isə qadındır.

1991-ci ildən ötən dövr ərzində Azərbaycanda minalardan zərər çəkənlərin ümumi sayı 3 416 nəfər təşkil edir. Heç bir halda minadan xəsarət alan şəxslərin pozulmuş insan hüquqları gözardı edilə bilməz. Yaşamaq hüququ insanın ən təbii, fundamental hüquqlarından biridir. Mina problemi bu gün Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərinə bir nömrəli maneədir, yüzminlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz, layiqli şəkildə qayıtmasını məhdudlaşdırır. Hazırda Azərbaycan dövləti humanitar minatəmizləmə ilə əlaqədar genişmiqyaslı işlər aparır. Qısa müddətdə xeyli ərazidə təmizləmə işləri aparılıb. Qadın minaaxtaran qrupların da prosesə cəlb edilməsi təqdirəlayiqdir. Azərbaycan Respublikasının humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı təcrübəsi mina terrorundan əziyyət çəkən digər ölkələr üçün faydalı ola bilər. Biz dünya ictimaiyyətini, vətəndaş cəmiyyətlərini humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi işinə qlobal miqyasda ictimai dəstək verməyə çağırırıq".

Poliqon.info 


Etiket: Müraciət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb    

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Ən çox oxunanalar