Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Muğan Bank”ın əmanətçilərinə 100 milyon manatdan çox kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən, ləğv prosesində olan “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2 983 nəfərə 100 milyon 951 min manat kompensasiya ödənişi həyata keçirilib. Bu isə ləğv prosesində olan “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

Kompensasiya ödənişləri agent banklar - “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.

“Əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcək və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz”, - qurumdan bildirilib.

Poliqon.info 


Etiket: Muğan Bank


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ən çox oxunanalar