Şənbə, 22 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç böyük YUnan gəmiçilik şirkəti Rusiya neftini nəql etməkdən imtina edib

Yunanıstanın üç böyük gəmiçilik şirkəti “Minerva Marine”, “Thenamaris” və “TMS Tankers” ABŞ sanksiyalarından yayınmaq üçün son həftələrdə Rusiya neftinin nəqlini dayandırıb...

Poliqon xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən Reuters Agentliyi məlumat yayıb.

Bunun Rusiyaya böyük zərbə olduğu bildirilir. Çünki bu, Rusiya neftini Asiya, Türkiyə, Yaxın Şərq, Afrika və Cənubi Amerikadakı istehlakçılara nəql etmək istəyən gəmiçilik şirkətlərinin sayını daraldır.

Hər üç şirkət sentyabr-oktyabr aylarına qədər Rusiya neftinin və yanacağının aktiv daşıyıcısı olub, lakin tədarükləri azaltmağa başlayıb. Əvvəllər onlarla işləmiş treyderlərin sözlərinə görə, şirkətlər noyabr ayından etibarən gəmilərə Rusiya neftinin yüklənməsi tələblərini rədd ediblər.

Üç Yunan şirkəti onilliklər ərzində Rusiya neftini nəql edir və əksər Qərb şirkətləri sanksiya risklərindən qaçmaq üçün bu cür xidmətlərdən imtina etdikdə onlar işi davam etdirirdi.

Bu şirkətlər Rusiyanın Avropa limanlarından Primorsk, Ust-Luqa və Novorossiyskdən - ayda təxminən 10 milyon ton və ya gündə 2,4 milyon barel neft ixracatının demək olar ki, hamısını daşıya bilən 100-dən çox neft tankerindən istifadə edirlər. Onların kiçik tankerlərdən ibarət donanması yanacaq daşıyır.

Treyderlərə və gəmiçilik şirkətlərinə görə, Rusiya indi özünün "Sovcomflot" gəmiçilik şirkətinə və BƏƏ, Hindistan, Honq Konq, Seyşel adaları, Qana və başqa yerlərdə qeydiyyatdan keçmiş bir çox az tanınan firmalara arxalanır. Gəmilər müxtəlif dövlətlərin bayraqları altında uçur - Liberiyadan tutmuş Kuk adalarına qədər.

Oktyabr ayında Vaşinqton Türkiyə və BƏƏ-də Rusiya neftini G7-nin barreli 60 dollardan yüksək qiymətə daşıyan tankerlərin sahiblərinə qarşı sanksiyalar tətbiq edib. Ötən həftə ABŞ daha üç gəmiyə qarşı sanksiyaya statr verib.

G7 ölkələri 2022-ci ilin sonunda Rusiya neftinin qiymətinin yuxarı həddi müəyyən etmişdilər, lakin əvvəllər bu limiti tətbiq etməmişdilər. Qərb firmalarına Rusiya nefti bir barel üçün 60 dollardan çox olmayan qiymətə satılarsa, onun daşınması və sığorta xidmətləri göstərməsinə icazə verilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslan Əliyev Şeyxin villasına cərimə yazan “Azəriqaz” əməkdaşlarını işdən çıxarıb?

Çəkilişə gedirdi, fırtınaya düşdü - "Dəhşətdir"

Yeni parlamentə yol tapa bilməyən köhnə deputatlar... - Siyahı

AVRO-2024: Ukrayna ilk qələbəsini qazanıb - Yenilənib

Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq

Fransa ordu göndərərsə, bu faktor Ermənistanın təhlükəsizliyini təmin edə bilər?

İrəvanda polis Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə edib - Video, Yenilənib

Politoloq: Yeni dünya düzənin bir qütbü də məhz Türk Dövlətlərinin Hərbi İttifaqı olacaq...

Qanazlığı olan insanlar nələrə diqqət etməlidirlər?

Mingəçevirdə güclü külək ağacları aşırıb, ölən və xəsarət alanlar var - Yenilənib

Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - Yenilənib

Ən çox oxunanalar