Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Belə davam edərsə, Azərbaycan Brüssel platformasından imtina etməlidir...

Avropa İttifaqı diplomatik xidmətinin rəhbəri Cosep Borrell faktiki olaraq Azərbaycanı təhdid edərək vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh Aİ-nin istədiyi kimi olmalıdır...

Politoloq: “Cosep Borrellin bu açıqlaması həqiqətən də həddini aşan bir açıqlamadır. Çünki Avropa Birliyi Azərbaycan üçün nə etməli olduğunu diqtə edəcək qədər böyük və ədalətli təşkilat deyil”.

“Bu cür ritorika despotik rejimlərə məxsusdur ki, Avropa Birliyi indi əsil sifətini göstərməyə başlayıbz”.

Bu sözləri politoloq Natiq Miri Avropa İttifaqı diplomatik xidmətinin rəhbəri Cosep Borrellin AzərbaycanErmənistan sülhü ilə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, dünən Avropa İtiifaqı Şurasının xarici işlər nazirlərinin toplantısında Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunub. Toplantıdan sonra Avropa İttifaqı diplomatik xidmətinin rəhbəri Cosep Borrell faktiki olaraq Azərbaycanı təhdid edərək vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh Aİ-nin istədiyi kimi olmalıdır. Bundan başqa Borrel Aİ-nin Ermənistana hərbi yardım göstərəcəyini də söyləyib.

Bu cür birtərəfli mövqedən sonra Azərbaycanın Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistanla sülh müzakirələrinə davam etməsi nə qədər doğrudur? Bu açıqlamalardan sonra Azərbaycan Brüssel formatından açıq şəkildə imtina etməli deyilmi?

Avropa Birliyinin Azərbaycana qarşı yürütdüyü siyasətini Poliqon-un əməkdaşı Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Heç kim bu cür amiranə şəkildə də Azərbaycana diqtə edilə bilməz. Əgər Ermənistanla sülh sazişi bağlanacaqsa, bu, Azərbaycanın şərtləri əsasında olacaq”.

Əgər Avropa Birliyinin rəhbərliyi özünü bu cür birtərəfli və diktant şəkildə aparacaqsa, Avropa Birliyinin Brüssel platformasının işləməyəcəyini proqnoz edən politoloqPoliqon-a açıqlamasında qeyd edib ki, Avropadan səsləndirilən ritorika əslində sülh üçün qa platformada heç bir sülh müqaviləsi olmayacaqpıları bağlamaqdadır:

“Cosep Borrellin bu açıqlaması həqiqətən də həddini aşan bir açıqlamadır. Çünki Avropa Birliyi Azərbaycan üçün nə etməli olduğunu diqtə edəcək qədər böyük və ədalətli təşkilat deyil. Artıq Avropa Birliyi özünün cəlbediciliyini də çox surətlə itirməkdədir. Düşünürəm ki, yaxın illərdə Avropa Birliyi Azərbaycan və qardaş Türkiyəyə möhtac olacaq.

Ayrıca özünü demokratik, insan hüquqlarının beşiyi sayın bu ittifaqın rəsmiləri bu cür açıqlamalar verəndə nədənsə, Azərbaycan torpaqlarının məhz Ermənistan tərəfindən 30 il işğalda saxlandığını unudurlar. Eyni zamanda bu 30 il müddətində Azərbaycan dövlətinin, xalqının itkilərini kimlərsə nədənsə heç diqqətə almaq istəmir. Üstəlik bir də, bu işğalın nəticəsi olaraq yüz minlərlə insan məhz türk olduqları üçün döyülərək, öldürülərək qovulublar. Bunları göz ardı etmək, demokratiyanın və insan haqlarının qorunduğu bir beşik olduğunu göstərmir. Əksinə, bu cür ritorika despotik rejimlərə məxsusdur ki, Avropa Birliyi indi əsil sifətini göstərməyə başlayıb.

Bu xüsusda, belə davam edərsə, əlbəttə ki, Azərbaycan Avropa Birliyi platformasından imtina edəcək. Belə platformalarda qalmağa ehtiyac da yoxdur. Heç kim bu cür amiranə şəkildə də Azərbaycana diqtə edilə bilməz. Əgər Ermənistanla sülh sazişi bağlanacaqsa, bu, Azərbaycanın şərtləri əsasında olacaq.

Avropa İttifaqı rəsmilərinin son davranışlar bunu açıqca ortaya qoyur ki, Brüsseldə heç kim ədalətli və qalıcı sülhün olmasına çalışımır. Bunun nəticəsidir ki, İspaniyanın Qranada şəhərindəki görüşdən və son Brüssel görüşündən Azərbaycan prezidenti imtina etdi. Əslində bu onlara veriləcək çox ciddi mesaj idi.

Görünür ki, hələ də özlərinin qlobal güc mərkəzi olaraq görənlər Azərbaycanın müstəqil siyasəti ilə razılaşa bilmirlər. Onların Ermənistandan yana olan mövqeləri isə beynəlxalq nizama daban-dabana ziddir. Onlar vərdiş ediblər ki, hər kəs onların ətrafında fırlanmalı, onların forpostu olmalıdır. Ancaq Azərbaycan müstəqil dövlət kimi, həm də müstəqil siyasət yürüdür. Azərbaycanın Ermənistandan fərqi bundadır.

Bundan başqa, necə ola bilir ki, Şarl Mişelin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşdə Fransanın prezidenti iştirakla bağlı özünü prosesə daxil edə bilir, ən azından iddiasını ortaya qoya bilir, ancaq Azərbaycanın bu prosesdə Türkiyənin iştirak etmək təklifini qəbul etmirlər. Nə zamandan Avropa Birliyi Azərbaycan üçün və yaxuddakı qlobal münaqişələrin həllində geosiyasi hakim olub? Bu günə qədər Avropa Birliyinin hər hansı bir münaqişəni çözdüyünü kimsə görübmü?

Ən azından Rusiya-Ukrayna müharibəsi ortadadır. Bildiyimiz kimi orada da dördlü format mövcud idi. Bu gün əgər Ukrayna və Rusiya arasında müharibə varsa, bunun baiskarı Avropanın aparıcı ölkələri olan Fransa və Almaniyadır. Buna görə Avropa Birliyi özünün siyasəti ilə bir utanc mənbəyinə çevrilib.

Natiq Miri: “Tədricən Azərbaycan bu təzyiqlərdən qurtulmaq üçün Neft Fondunun pullarını həm Avropa Birliyi, həm də ABŞ-ın banklarından çəkməlidir ki, Azərbaycanla bu tonda danışmaq mümkün olmasın”.

Bu cür amiranə şəkildə də Azərbaycana diqtə edilə bilməz. Sülh deyiləcək məvhum qalib Azərbaycanın şərtləri əsasında olacaq. Olmayacaqsa, belə bir sülh Azərbaycana vacib deyil. Azərbaycan Qarabağ problemini həll edib, ərazi bütövlüyünü təmin edib, suverenliyini bərqərar edib. Sadəcə olaraq, Azərbaycana bəzi təzyiq mexanizmlərindən istifadə məsələsi ortada var. Düşünürəm ki, bu məsələləri də Azərbaycan dövləti artıq düşünməlidir. Yəni Neft Fondunun avara kapitalını Avropa banklarına qoyub Avropa Birliyi və yaxud ABŞ valyutasında saxlayıb 5-3 qəpik qazanmaqdansa, bunu Azərbaycan daxilimdə yaxud da digər ölkələrdə ciddi investisiyaya çevirərək daha böyük məbləğlər qazana bilər. Buna görə də, tədricən Azərbaycan bu təzyiqlərdən qurtulmaq üçün Neft Fondunun pullarını həm Avropa Birliyi, həm də ABŞ-ın banklarından çəkməlidir ki, Azərbaycanla bu tonda danışmaq mümkün olmasın.

Düşünürəm ki, əgər Avropa Birliyi, Avropa rəhbərliyi özünü bu cür diqtə ediləcək şəkildə aparacaqsa, Avropa Birliyinin Brüssel platforması işləməyəcək və bu platformada heç bir sülh müqaviləsi olmayacaq. Çünki bu cür aşağılayıcı tonla bizim nə etməli olduğumuzla bağlı boynumuza biçilən çərçivə sazişlə Azərbaycan sülhə gedə bilməz.

Biz 3 mindən artıq şəhidi, minlərlə yaralını ona görə vermədik ki, bizə kimlərsə amiranə şəkildə nə etməli olduğumuza göstəriş versin. Buna görə əgər Avropa Birliyi istəyirsə ki, prosesdə qalsın, Cənubi Qafqaza sirayət edə bilsin, bunun yolu Azərbaycanla anlaşmaqdan, beynəlxalq hüquq çərçivəsində prosesə ədalətli yanaşmadan keçir. Bu olmayacaqsa, heç bir platformada Avropa platforması olmayacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Canlı yayım

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Qabil Hüseynli: Paşinyan Moskvadan normal nəticələrlə geri qayıtdı...

Ən çox oxunanalar