Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Ermənistandakı səfiri Qarabağla bağlı İbrahim Rəisinin söylədiklərinin tərsini dedi... - Nə baş verir?

İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycanın Qarabağda “etnik təmizləmə” həyata keçirdiyini deyib...

Politoloq: “İran prezidenti ilə bu ölkənin səfirinin bir-birinə zidd açıqlamalar verməsi ondan xəbər verir ki, Tehran Azərbaycanla münasibətlərdə əvvəlkitək səmimi deyil”.

İran səfirinin bu mövzuda danışmağa haqqı yoxdur”.

Bu sözləri politoloq Elxan Şahonoğlu İranın prezidentinin və səfirinin Qarabağla bağlı bir-birinə ziddi olan açıqlamalarını Poliqon-a şərh edərkən qeyd edib.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycanın Qarabağda “etnik təmizləmə” həyata keçirdiyinə işarə edərək deyib ki, Qarabağda ermənilərin “legitim” öz müqəddaratını təyin etmə haqlarının bərpası vacibdir. Səfirin bu açıqlamasından bir gün öncə də İran prezidenti İbrahim Rəisi Daşkənddə azərbaycanlı həmkarı İlham Əliyevlə görüş zamanı Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünün təmini, Qarabağın yenidən Azərbaycana qovuşması münasibətilə dövlət başçımızı təbrik etmişdir.

İran səfirinin prezidentinin söylədiklərinin tərsini bildirməsi nə anlama gəlir? Tehranın Ermənistandakı səfinin belə bir açıqlama verməsi nədən xəbər verir?

İran-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Tehran İranda yaşayan hansı etnik qrupun legitim haqlarını təmin edib ki, indi iranlı diplomat bizə bu mövzuda “məsləhət” vermək istəyib”.

İranın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ üzərindəki suverenliyinin bərpasına dəstəyinin əməldə göstərməsinə ehtiyacın olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, əməldə bu görünmür:

İran səfirinin bu mövzuda danışmağa haqqı yoxdur. Birincisi, ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəmədiklərinə və Azərbaycan vətəndaşlığını qəbul etmədiklərinə görə ərazimizi tərk ediblər. Bu onların seçimidir. İkincisi, Tehran İranda yaşayan hansı etnik qrupun legitim haqlarını təmin edib ki, indi iranlı diplomat bizə bu mövzuda “məsləhət” vermək istəyib?

İran prezidenti ilə bu ölkənin səfirinin bir-birinə zidd açıqlamalar verməsi ondan xəbər verir ki, Tehran Azərbaycanla münasibətlərdə əvvəlkitək səmimi deyil. Bunu Bakı da anlayır. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi iranlı diplomatın təxribatçı fikirlərini pisləyib. Azərbaycan Xarici İşlər Nazirliyi İran rəsmilərinin və diplomatlarının eyni mövzuda fərqli fikirlərinə diqqəti çəkib. İranın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ üzərindəki suverenliyinin bərpasına dəstəyinin əməldə göstərməsinə ehtiyac var. Əməldə bunu görmürük. Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı məhkəmədən xəbər gəlmədiyi kimi, tələbəmizi də saxta ittihamla həbsxanada saxlayırlar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol təsdiqlənib

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

16 saylı cəzaçəkmə müəssisəsindən Əfv sərəncamı çərçivəsində üç nəfər azadlığa buraxılıb

Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

Ombudsman: Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir...

Ən çox oxunanalar