Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Suriyadakı bazalarına hücum edilib, Amerika hərbiçiləri öldürülüb

Suriyanın şərq və şimal-şərqindəki Amerika hərbi bazaları atəşə tutulub...

Poliqon xəbər verir ki, “Al Mayadeen” telekanalının məlumatına görə, bu hücum zamanı hərbçilər həlak olub. Hücum ABŞ-ın Suriyanın şərqindəki hədəflərə endirdiyi zərbələrə cavab olub.

Telekanalın məlumatına görə, Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasına 15 raket atılıb. Hədəf hərbi qərargah və silah anbarları olub.

“Al Mayadeen” bildirir ki, azı 10 helikopter yaralı amerikalıları hərbi hospitalın olduğu İraqa aparıb. Ölənlərin sayı dəqiqləşdirilməyib. Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində yerləşən digər ABŞ bazası Əl-Şəddadi üç pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Hücumlara görə məsuliyyəti İsraillə müharibədə HƏMAS-a dəstək verən İraq İslami Müqaviməti öz üzərinə götürüb.

Hücumlardan bir müddət əvvəl ABŞ Suriyanın şərqində Pentaqonun İran İslam İnqilabı Keşikçiləri Korpusu və İranyönlü qruplar tərəfindən istifadə edildiyini bildirdiyi ərazilərə zərbələr endirib. Hədəflər Əbu Kamal şəhəri yaxınlığındakı təlim bazası və yaraqlıların gizli fəaliyyət göstərdiyi deyilən Mayadin şəhəri yaxınlığındakı bina olub. Zərbələr İsraildə müharibə başlayandan bəri Amerika bazalarına edilən onlarla hücuma cavab olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Ən çox oxunanalar