Bazar, 23 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nyu-Yorkda Amerika Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib - Foto

ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evində Amerika Azərbaycanlıları Koordinasiya Şurasının (AAKŞ) toplantısı keçirilib.

Toplantıda ABŞ-nin doqquz ştatından 15 təşkilatın 22 nümayəndəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın ABŞ-dəki səfirliyinin və BMT yanındakı daimi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

AzərbaycanABŞ-nin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan toplantıda müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantı iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev qurumun fəaliyyəti barədə geniş hesabatla çıxış edib. Komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri və Diaspor Gənclərinin Yay düşərgələri kimi layihələri nəzərə çatdırıb.

Sonra xalqımızın böyük Zəfərini əks etdirən videoçarx nümayiş etdirilib.

Amerika Azərbaycanlıları Koordinasiya Şurasının “Alliance of Azerbaijani Organizations” adı ilə ABŞ-də rəsmi qeydiyyatdan keçdikdən sonra baş tutan ilk toplantısı fəal müzakirələrlə davam etdirilib.

Tədbirdə çıxış edənlər ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və AAKŞ-nin 2023-cü il ərzində fəaliyyətindən, qarşıdakı plan və perspektivlərdən danışıblar.

Daha sonra AAKŞ üzvlüyünə beş yeni təşkilat qəbul edilib. Beləliklə, AAKŞ-yə üzv təşkilatların sayı 18-ə çatıb.

Toplantının sonunda AAKŞ-nin strukturuna səsvermə yolu ilə seçki keçirilib. AAKŞ İdarə Heyətinin, Məşvərət Şurasının üzvləri və prezident seçilib. Qarşıda duran məsələlərin həlli məqsədilə İşçi Qrup da yaradılıb.

Fotolar

Poliqon.info 


Etiket: Toplantı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İyulun 1-dən kommunal xidmətlərin qiymətləri artacaq

Putinin Şimali Koreya səfəri bu ölkənin "ürəyinə qurd saldı"

Azərbaycanda "WhatsApp"da yayılan səs yazısı ilə bağlı rəsmi açıqlama

Deputatlar növbədənkənar parlament seçkisində seçilməsələr, nə edəcəklər?

Milli Məclisin iyunun 25-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb

Avropa futbolunun ən yaxşı hücumçularının adları açıqlanıb

Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib - Fotolar 

Prezident İlham Əliyev “Euronews”a müsahibə verib

Diplomatik qarşıdurma yeni mərhələdə: ABŞ ölkədəki Rusiya viza mərkəzlərini bağlayır

Ən çox oxunanalar