Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Entoni Blinken İranı hədələyib

ABŞ Dövlət Katibi Entoni Blinken bildirib ki, Vaşinqton Tehranla münaqişəyə can atmır, əksinə, Yaxın Şərqdəki ABŞ vətəndaşlarını iranpərəst qrupların hərəkətlərindən qorumaq niyyətindədir...

Poliqon xəbər verir ki, Blinkenin bəyanatının mətni Dövlət Departamentinin saytında yerləşdirilib. Dövlət Katibi bu barədə Bağdadda İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşdən sonra danışıb.

“Qəzzadəkı münaqişədən istifadə edərək burada və ya bölgənin hər hansı bir yerində şəxsi heyətimizi təhdid etməyə cəhd edə biləcək hər kəsə çox aydın mesaj göndərmək vacibdir: Bunu etməyin. İranla əlaqəsi olan milislərin hücumları və təhdidləri tamamilə qəbuledilməzdir və biz xalqımızı qorumaq üçün bütün lazımi tədbirləri görəcəyik”, deyə dövlət katibi bildirib.

Blinken qeyd edib ki, söhbət həm mülki, həm də ABŞ hərbçilərindən gedir. İstənilən hücuma ən sərt şəkildə cavab veriləcək.

Qeyd edək ki, oktyabrın 13-də Suriyanın şərqində ABŞ-ın bir sıra bazaları raket atəşinə tutulub. Oktyabrın 27-də prezident Co Bayden ABŞ qüvvələrinə qarşı hücumlara cavab olaraq Suriyadakı İran hədəflərinə zərbə endirmək əmri verib.

Noyabrın 5-də İran İsrailin Qəzzada əməliyyatını davam etdirəcəyi təqdirdə ABŞ-ı “ağır zərbə” və mallarını boykot edəcəyi ilə hədələyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

"Bilsəydim, "Babək"in geyimlərini oğurlayardım"

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar