Şənbə, 22 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan 10 noyabr bəyanatının doqquzuncu bəndini ləğv edir...

Ermənistanın Baş naziri 10 noyabr üçtərəfli bəyanatın doqquzuncu bəndini ortadan qaldırmaq niyyətindədir...

Poliqon xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetinin məlumatında bildirilir.

Nəşr yazır ki, bir neçə ay əvvəl Nikol Paşinyan dar çevrəsinə Azırbaycanla Ermənistan arasında yolların açılması prosesini təyin edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv edəcəyini bəyan edib və həmçinin qeyd edib ki, bu bəndə görə dəhlizə nəzarət Rusiya FTX-nın sərhəd xidməti tərəfindən həyata keçirilməsi qəbuledilməzdir.

“Hraparak” qəzeti qeyd edir ki, Paşinyan uzun müddətdir ki, şəffaf şəkildə buna eyham vururdu, sözlərini sətirlər arasında çatdırmağa çalışırdı, lakin 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bunu demək olar ki, birbaşa bəyan edib.

“Paşinyan Milli Məclisdə müzakirələr zamanı bildirib ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin nəzdində xüsusi bölmə yaradılacaq və bu məqsədi rabitənin təhlükəsizliyini təmin etmək olacaq”, deyə qəzet yazır.

“Hraparak” qəzetinə görə, hazırda Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılması prosesi gedir və bu bölmənin məqsədi rabitənin təhlükəsizliyini təmin etmək olacaq.

“Bundan əlavə, biz bütün ölkə üzrə Patrul Polisini işə salmışıq, onun ən mühüm vəzifələrinə nəqliyyat dəhlizlərindən insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin təhlükəsiz keçidi daxildir”, deyə Paşinyan Milli Məclisdə çıxışı zamanı qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslan Əliyev Şeyxin villasına cərimə yazan “Azəriqaz” əməkdaşlarını işdən çıxarıb?

Yeni parlamentə yol tapa bilməyən köhnə deputatlar... - Siyahı

AVRO-2024: Ukrayna ilk qələbəsini qazanıb - Yenilənib

Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq

Fransa ordu göndərərsə, bu faktor Ermənistanın təhlükəsizliyini təmin edə bilər?

İrəvanda polis Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə edib - Video, Yenilənib

Politoloq: Yeni dünya düzənin bir qütbü də məhz Türk Dövlətlərinin Hərbi İttifaqı olacaq...

Qanazlığı olan insanlar nələrə diqqət etməlidirlər?

Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - Yenilənib

Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan ediləcək

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinə görə cərimə iki dəfə artırılır

Paşinyanın sülh müqaviləsi ilə bağlı yeni “oyun”u...

Ən çox oxunanalar