Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Melikov iğtişaş iştirakçılarını “günahlarını müharibədə yumağa” çağırıb

Dağıstan Respublikasının rəhbəri Sergey Melikov hava limanında baş verən iğtişaşlara görə utandığını bildirib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Melikov saxlanılan etirazçıları “bu utancı yumaq” üçün könüllü olaraq Ukraynaya müharibəyə getməyə dəvət edib.

Dağıstan rəhbərinin sözlərinə görə, saxlanılan şəxslərə qarşı zorla bu xüsusi tədbirlər tətbiq edilməyəcək.

“Bizdə hələ elə bir vəziyyət yoxdur ki, insanlar cinayət törətdiklərinə görə müharibə zonasına göndərilsin”, deyə Dağıstanın rəhbəri TASS-a açıqlamasında qeyd edib. O vurğulayıb ki, hərbi əməliyyatda şüurlu şəkildə iştirak etmək lazımdır.

Melikov qeyd edib ki, Şimali Qafqazın digər bölgələrində oxşar hadisələr baş verməyib və Dağıstanda “ədəbsiz davranış” nümayiş etdirilib.

“Mən dünən baş verən hadisələrdən utanıram, çünki Dağıstan həm Qafqazda, həm də bütün Rusiyada, bəlkə də daha geniş mənada, həmişə dostluq qalası olub”, deyə Sergey Melikov bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar