Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə bir neçə ölkə liderlərini Fələstinə dəstək mitinqinə çağırıb

Türkiyə Misir, Səudiyyə Ərəbistanı, Livan, Liviya və İordaniya liderlərini oktyabrın 28-də İstanbulda Fələstinə dəstək aksiyasında iştirak etmək üçün dəvət edib...

Poliqon xəbər verir ki, bu barədə "Sabah" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, "İsrailin vəhşiliklərinə diqqət çəkmək və Fələstin məsələsinə dəstək olmaq üçün" böyük aksiyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan başqa digər dövlət başçıları da iştirak edə bilər.

"Mitinqə xarici dövlətlərin başçıları, ruhani liderlər dəvət olunub. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Misir prezidenti Əbdülfəttah əs-Sisi, eləcə də dövlət başçıları səviyyəsində Liviya, Livan və İordaniya dəvət alıb", deyə nəşr yazır.

Ankaranın mitinqdə iştirak üçün liderlərdən razılıq alıb-almadığı açıqlanmır.

Mitinqdə media, idman, incəsənət, biznes, Fələstin diasporunun bir çox nüfuzlu nümayəndələrinin iştirak edəcəyi də bildirilir.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini İsraili qeyd-şərtsiz dəstəklədiklərinə görə beynəlxalq hüququ pozmaqda ittiham etmişdi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

“Murdar ətlər şadlıq evlərinə, uşaq bağçalarına, dönərxanalara...” - Şok açıqlama

Azərbaycanlı aktrisaya aktyor əri maşın hədiyyə etdi - Video

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - Yenilənib

Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

Böyrəkləri sağlam saxlamaq üçün nə yemək lazımdır?

Azərbaycan təşkilatları Zəngəzur yolu ilə bağlı birgə bəyanat yayıblar

97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsində üç məntəqənin nəticələri ləğv olunub

Ən çox oxunanalar