Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Argentinada prezident və parlament seçkiləri keçiriləcək

Bazar günü Argentinada prezident və parlament seçkiləri keçiriləcək...

Ölkə vətəndaşları prezidentlə yanaşı Konqresə 130 deputat və 24 senator seçəcəklər.

Ən yüksək dövlət postu uğrunda beş namizəd yarışır. Əsas mübarizə hakim “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa, müxalifətin ən böyük koalisiyası “Dəyişiklik naminə birlikdə”ni təmsil edən keçmiş təhlükəsizlik naziri Patrisiya Bullriç və “Azadlıq gəlir” alyansına daxil Libertarian Partiyasının sədri deputat Xavyer Miley arasında gedəcək. Bundan başqa, prezident postu uğrunda Kordoba əyalətinin qubernatoru Xuan Skyaretti və “Sol və İşçilər Cəbhəsi” koalisiyasını təmsil edən deputat Miriam Breqman mübarizə aparır.

Dəstək reytinqi 20%-dən də aşağı düşmüş hazırkı dövlət başçısı Alberto Fernandes hələ aprel ayında konstitusiya ona icazə versə də, yeni müddətə namizəd olmayacağını açıqlamışdı.

Seçkilər koronavirus pandemiyası və Argentina tarixindəki ən pis quraqlıqlardan biri fonunda pisləşən iqtisadi böhran şəraitində keçirilir. İlin sonunda ölkədə inflyasiyanın azı 100 % olacağı gözlənilir. Ölkədə yoxsulluğun səviyyəsi 40 faizdir.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 15:00-da) açılacaq və saat 18:00-a qədər (Bakı vaxtı ilə 01:00-dək) açıq qalacaq. Səsvermə 16 yaşdan yuxarı bütün Argentina vətəndaşları üçün məcburidir. İlkin nəticələr həmin gün axşam elan olunacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar