Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan teleradiosunun rəhbəri ona nəzarət edən qurumu ələ saldı - Foto

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Naxçıvan televiziyasında yayımlanan “Sağlam yaşa” verilişində Azərbaycan Respublikası qanunlarının və etik qaydaların pozulduğu qənaətinə gəlib, bu barədə “Naxçıvan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə rəsmi məktub göndərib...

Səhmdar Cəmiyyətin sədri Sahil Tahirli isə ona nəzarət edən qurumu ələ salıb.

TNS xəbər verir ki, QSC sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Şura NTV-yə irad bildirib. Yanaşmaya baxın: sağlamlıqla bağlı proqramda çox əhatəli məlumat verən və hamının başa düşdüyü dildə danışan türkiyəli professora yalvarmalıymışıq ki, süd vəzi de, sən Allah, məmə demə! Gedin özünüzə iş tapın... Bütün günü boş-bekar qalıb boşuna maaş alanların yanaşmasına bax hələ... Bu düşüncə ilə bunlar medianı hara aparmaq istəyir görəsən?” – Sahil Tahirli qeyd edib.

Kimin haqlı, kimin haqsız olması ilə işimiz yoxdur. Bizim diqqətimizi cəlb edən bir dövlət orqanının rəhbərinin digər dövlət orqanını ələ salması, onun iradına belə kobud cavab verməsidir. Görəsən, Sahil Tahirli bu gücü haradan alır? O kimə və nəyə arxayındır?

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası da Vasif Talıbovun yaratdığı mənasız qurumlardan biridir. Yəqin ki, yaxın vaxtlarda bu şura ləğv ediləcəkdir. Azərbaycanda bu adda qurum yoxdur. Media haqqında yeni qanuna görə, Azərbaycanda Audiovizual Şura yaradılıb. Naxçıvanda isə belə bir şuranın yaradılmasına ehtiyac yoxdur. Çünki muxtar respublikada cəmi bir teleradio fəaliyyət göstərir. Bir teleradioya görə, belə bir qurumun saxlanması məqsədəuyğun deyil. Görünür, Sahil Tahirli Televiziya və Radio Şurasının ləğv ediləcəyini bildiyindən, bu quruma belə kobud “hücuma keçib”. Səbəb nə olursa, olsun. Naxçıvan Muxtar Respublikasının Televizya və Radio Şurası hələ ləğv edilməyib və bir dövlət orqanıdır. Teleradio Şurasını belə ələ salmaq, onun iradına bu formada cavab vermək doğru deyil. Bu fakt bir daha onu sübut edir ki, Naxçıvanda idarəçilik sistemində böhran yaranıb, dövlət orqanlarının rəhbərləri nəzarətdən çıxıb. Ona görə də çoxları ağzına və ağlına gələni danışır. Azərbaycanın mərkəzi hakimiyyəti Vasif Talıbovun bu tör-töküntülərinin Naxçıvanda yaratmaq istədiyi özbaşınalığa son qoymalı, ciddi tədbirlər görməlidir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar