Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS Qəzzada hərəkatın iki yüksək vəzifəli üzvünün öldüyünü təsdiqləyib

Fələstinin HƏMAS radikal hərəkatı İsrailin zərbələri nəticəsində Qəzza zolağında iki yüksək vəzifəli üzvünün öldüyünü bildirib...

Poliqon xəbər verir ki, bu barədə bəyanat hərəkatın rəsmi Telegram kanalında yerləşdirilib.

“HƏMAS Fələstin xalqına, İslam ümmətinə və dünyanın bütün azad insanlarına müraciət edərək, hərəkatın məhkəmə sisteminin rəhbəri doktor Taysir İbrahim və Qəzzadan olan vaiz doktor Vail əz-Zərdanın vəfatını elan edir”, deyə bəyanatda bildirilir.

Qeyd edək ki, İsrail qırıcıları HƏMAS-ın qərargahına və “İslami Cihad” təşkilatının obyektlərinə davamlı olaraq zərbələr endirir

Taysir İbrahim oktyabrın 11-də binası İsrail Müdafiə Qüvvələri tərəfindən dağıdılan Qəzza İslam Universitetinin İslam hüququ fakültəsinə rəhbərlik edib. Vail əl-Zərd “Qəzza Həyata Layiqdir” Xeyriyyə Təşkilatına rəhbərlik edib, anklavda İslam təbliğatçısı kimi fəaliyyət göstərib və HƏMAS-da tanınmış dini ictimai xadim olub. Onun İsrailin zərbələri nəticəsində ölməsi barədə oktyabrın 13-də “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Poliqon.info


Etiket: HƏMAS lİDER öLÜM


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzzada həlak olan fələstinlilərin sayı 37,3 mini keçib

Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib

ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı...

Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - Yenilənib

Atəşkəs niyə pozulur və Paşinyan Bakıya nə “təklif” edir?

Azarkeş azərbaycanlı qadın aparıcını öpdü - Video

Stoltenberq: NATO nüvə silahlarının hazır vəziyyətə gətirilməsini müzakirə edir

Bill Qeyts Çinə görə milyardlarla dollarından keçəcək

Ən çox oxunanalar