Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

35 yaşlı Daniel Noboa Ekvadorun prezidenti seçilib

Ekvadorda keçirilən prezident seçkilərinin ikinci turunda Milli Demokratik Fəaliyyət Partiyasının namizədi Daniel Noboa qalib gəlib...

Poliqon xəbər verir ki, Reuters Agentlyinin məlumatında 35 yaşlı Noboa ilk turda səsvermədə autsayderi olu b.

Bülletenlərin 90%-i hesablandıqdan sonra Noboa səslərin 52%-ni qazanır. Onun solçu rəqibi Luisa Qonzales təxminən 48% səs toplayıb. Milli Seçki Şurası "dönməz" nəticəyə görə cənab Noboanın qələbəsini erkən elan edib. Xanım Qonzales məğlubiyyəti iə razılaşıb.

“Sabah biz bu yeni Ekvador üçün işə başlayacağıq, zorakılıq, korrupsiya və nifrətdən ciddi şəkildə zərər çəkmiş bir ölkənin yenidən qurulması işinə başlayacağıq”, deyə seçilmiş prezident tərəfdarlarına müraciətində bildirib.

Xanım Qonzales rəqibini qələbəsi münasibətilə təbrik edib və qeyd edib ki, “demokratiya budur”. Qonzales seçilmiş prezidentdən tələbələrə və yaşlılara verdiyi vədlərə əməl etməyə çağırıb. 35 yaşlı Noboa iqtisadiyyatı yaxşılaşdırmaq, gənclər üçün iş yerləri yaratmaq və təhlükəli cinayətkarları həbsxanaya yerləşdirmək vədləri əsasında kampaniya aparırdı.

Noboa biznesmen Alvaro Noboanın oğludur və seçkilərin birinci turu öncəsi sorğularda beşinci yeri tuta bilməyib.

Ekvadorda seçki yarışı zamanı prezidentliyə namizəd Fernando Villavicencio öldürülüb. Bu səbəbdən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Daha sonra qətldə şübhəli bilinən 7 nəfər həbsxanada qətlə yetirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Prezident general-mayoru rütbəsindən məhrum edib

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Ən çox oxunanalar