Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimal bölgəsinin altı kəndinə ilk dəfə təbii qaz xətti çəkilir

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qubanın ucqar Qırız Dəhnə kəndinin qazlaşdırılmasına başlanılıb...

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra ucqar dağ kəndi ilk dəfə yüksəktəzyiqli təbii qazla təmin olunacaq.

Kəndin qazlaşdırılması üçün polietilen və dəmir borularla 4 min 707 metr uzunluğunda daşıyıcı xətt çəkilib. Hazırda isə müxtəlif diametrli polad borularla birpilləli sistem əsasında ümumi uzunluğu 10 min 332 metr olan məhəllədaxili qaz xətləri çəkilir. Çətin relyefə malik ərazidə yerləşən kənddə qazlaşma işlərinin 30 faizi yekunlaşıb.

Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, bu ildən Qubanın Cimi kəndinin sakinləri də ilk dəfə mavi yanacaqdan istifadə etmək imkanı qazanıb. Kənddə 200-ə yaxın abonent yüksəktəzyiqli təbii qazla təmin olunub.

Hazırda Qusarın Avaran və Mucuq kəndlərinin də ilk dəfə təbii qazla təmin olunması üçün işlərə başlanılıb. Bu iki kənddə ümumilikdə 648 abonent var.

Bundan başqa, Xaçmaz rayonunda “4-cü şöbə” adlanan yaşayış məntəqəsinin və Ağçay kəndinin qazlaşdırılması işləri də aparılır. İşlər yekunlaşdıqdan sonra iki məntəqədə 240 abonent təbii qazla təmin olunacaq.

Poliqon.info


Etiket: Azəriqaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay