Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri

Prezident İlham Əliyev: “Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir”..

Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir. Çünki tarixən hər iki ölkə mehriban qonşuluq ənələrinə sadiq qalaraq münasibətlərini hərtərəfli şəklidə ildən-ilə daha da gücləndiriblər. Eyni zamanda Azərbaycan-Gürcüstan daima Cənubi Qafqazda sülh tərəfdarı olaraq təşəbbüslərlə çıxış ediblər. Bu baxımdan Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Tbilisidə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında iki dövlət arasındakı əməkdaşlığın davamlı inkişafından da danışıb: “Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir”.
Azərbaycan-Gürcüstan Prezidentlərinin mütəmadi səfərləri əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir. Cari səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb. Hər bir səfər yeni plan və layihələrin, eləcə də əməkdaşlıq istiqamətinin yaramasına rəvac verir. Bu səfərlər çərçivəsində maraqlı tədbirlər, mərasimlər də keçirilir. Yeri gəlmişkən, oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sərgi ilə tanış olublar. Dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli Liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu Öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir.

Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur. Cənab Prezident bəyanatında Gürcüstanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərilən bu ehtiramı yükəsk qiymətlədirib. “Fürsətdən istifadə edərək, hörmətli cənab Baş nazir, Ulu Öndər Heydər Əliyevin xatirəsinə Gürcüstan hökuməti və xalqı tərəfindən göstərilən hörmətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. İl ilboyu Azərbaycanda və bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd edilir”,- deyə dövlətimizin başçıs bildirib. Həmçinin çıxışının davamında Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi olduğunu vurğulayıb: “Sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır”.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də mətbuata bəyanatında Ulu Öndərin iki dövlət arasında dostluğun möhkəmlənməsində rolunu xüsusi vurğulayıb: “...onu da qeyd etmək istəyirəm ki, cənab Prezidentin atası mərhum Prezident Heydər Əliyevin bizim dostluğumuzun inkişafında müstəsna xidmətləri və töhfəsi olub, onun təməlini o qoyubdur. Biz burada Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə də tanış olduq. Mən fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu münasibətlə də təbrik edirəm”. Onu da əlavə edək ki, oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. İrakli Qaribaşvili Azərbaycan Prezidenti ilə görüş barədə “X” hesabında paylaşım edib.

Azərbaycan Prezidenti ilə görüş Gürcüstan və Azərbaycan arasında əlaqələri gücləndirməyə və iqtisadi artımı təşviq etməyə yönəlib. Biz ticarət, enerji, davamlı inkişaf və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə layihələri nəzərdən keçiririk. Gürcüstan regionda davamlı sülh və sabitliyə dəstək verir”, - deyə baş nazir qeyd edib.

Prezidentlərin bəyanatlarından göründüyü kimi, çox məhsuldar görüş keçirilib və müzakirələr aparılıb. Bu da Azərbaycanla Gürcüstünda arasında strateji tərəfdaşlığı və əməkdaşlığı, eləcə də dostluğu daha da möhkəmləndirəcək.

Səyavuş Qasımov - Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ən çox oxunanalar