Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa ölkələri İsraildəki vəziyyətdən qorxur: Biz hələ hər şeyi görməmişik

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib ki, hazırda Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi fonunda çox qeyri-sabit vəziyyət hökm sürür...

Poliqon xəbərn verir ki, onun sözlərinə görə, Vyana yaxın perspektivdə qarşıdurmanın kəskinləşməsindən ehtiyat edir.

“Biz güman etməliyik ki, hər şey yaxşılaşmadan əvvəl vəziyyət daha da pisləşəcək. Bizə çatan xəbərlər qorxuludur. Sadəcə musiqi festivalı ilə bağlı xəbərlərə baxın. Qorxuram ki, biz hələ hər şeyi görməmişik. Vəziyyət çox qeyri-sabitdir. Qorxuram ki, biz yaxın bir neçə həftə və ay ərzində bu işdə çox fəal iştirak edəcəyik”, deyə Şallenberq bildirib.

O əlavə edib ki, Avstriya tərəfi HƏMAS-ın yəhudi dövlətinə hücumu fonunda İsraildəki səfirliyinin təhlükəsizliyini gücləndirib. Şallenberq vurğulayıb ki, indiki vəziyyətdə 100-ə yaxın avstriyalı respublikanı tərk etmək arzusunu bildirib.

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani isə Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin qarşısını almağa çağırıb, çünki Qəzza zolağında vəziyyətin gərginləşməsi regional səviyyədə ölçülməz və idarəolunmaz nəticələrə gətirib çıxara bilər. O, bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

“HƏMAS-ən İsrail torpağına təcavüzü ən sərt şəkildə pislənməlidir. Və biz İsrailin özünümüdafiə hüququnu tanıyırıq. Lakin eyni zamanda, regional səviyyədə ölçülməz və idarəolunmaz nəticələrə səbəb olacaq eskalasiya riskindən qaçmaq lazımdır”, deyə Tajani bildirib.

Onun fikrincə, Yaxın Şərqdə eskalasiya Ukraynadakı münaqişədən başlayaraq dünyanın digər regionlarında onsuz da çox çətin vəziyyəti daha da gərginləşdirə bilər. O qeyd edib ki, Yaxın Şərqdə regionun mürəkkəb dinamikası düzgün nəzərə alınmalıdır.

İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, bu vəziyyət sülh prosesinin beynəlxalq diqqət mərkəzinə qaytarılmasının zəruriliyini xatırladır və İtaliya da öz növbəsində gərginliyin azalmasına və sonradan iki ölkə arasında danışıqların bərpasına kömək etməyə hazırdır.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa əməliyyatının başladığını elan edib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyətə strat verib. İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırıb. Ötən gün İsrail hökuməti rəsmən müharibə vəziyyəti elan edib. Endirilən zərbələr hər iki tərəfdən çox sayda insanın ölümünə və yaralanmasına səbəb olub, mülki infrastuktura ciddi ziyan dəyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Ən çox oxunanalar