Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağı tam itirdikdən sonra qisas üçün erməni terrorizmi yenidən peyda ola bilər?

Hazırda həbsdə olan Ruben Vardanyan Azərbaycan diplomatlarını terrorla təhdid etmişdi...

Politoloq: “Artıq 20-ci əsrin əvvəlləri deyil, indi dünya tamam başqa cürdür. Buna görə də, mən güman etmirəm ki, erməni terrorizmi yenidə peyda ola bilər”.

“Müasir şəraitdə ASALA terror təşkilatının Qarabağda və yaxud Avropada yenidən peyda olması çox çətin prosesdir”.

Bu sözləri politoloq Qabil Hüseynli son günlərdə erməni lobbisinin daha da aktivləşməsini Poliqon-a şərh edərkən qeyd edib.

Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi və ermənilərin kütləvi şəkildə bölgəni tərk etməsi dünyanın müxtəlif ölkələrində erməni lobbisini “hərəkətə” gətirib, anti-Azərbaycan faliyyətlərini gücləndiriblər. Bilirik ki, bir neçə ay əvvəl hazırda həbsdə olan Ruben Vardanyan Azərbaycan diplomatlarını terrorla təhdid etmişdi.

Azərbaycanın uğurlu anti-terror əməliyyatından sonra erməni diasporunun dəstəyi ilə ASALA terror təşkilatı kimi terror təşkilatları yenidən peyda ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Əgər ASALA tipli terror təşkilatı yenidən peyda olarsa, onlara qarşı tədbir görmək elə də çətin deyil”.

İndi dünyanın tamam başqa cür olduğunu vurğulayan politoloq erməni terrorizminin yenidən peyda ola biləcəyini güman etmir:

Azərbaycanın anti-terror əməliyyatından sonra erməni lobbisinin hərəkətə keçdiyi açıq şəkildə görülür. Bunun bariz nümunəsi kimi, erməni radikalların sentyabrın 29-da ABŞ-ın Cənubi Kaliforniya Universitetində Türkiyənin İctimai Diplomatiyası mövzusunda keçirilən konfransın iştirakçılarına hücum etmələridir. Tədbir iştirakçıları şifahi və fiziki təzyiqlərə məruz qaldılar. Oxşar xəbərlər Livandan da gəldi. Orada da, yenə Azərbaycan səfirliyinə hücum etmək istəyiblər.

Aydın məsələdir ki, bütün bunlar erməni lobbisinin bağladığı hərəkətliliyin başlanğıcıdır. Onların hələ başqa planlar üzərində işlədiyini də düşünmək olar. Amma müasir şəraitdə ASALA terror təşkilatının Qarabağda yenidən peyda olması, uyğunlaşması çox çətin prosesdir.

Əgər ASALA terror təşkilatı kimi terror təşkilatları yenidən peyda olarsa, onlara qarşı tədbir görmək elə də çətin deyil. Artıq 20-ci əsrin əvvəlləri deyil, indi dünya tamam başqa cürdür. Buna görə də, mən güman etmirəm ki, erməni terrorizmi yenidə peyda ola bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Ən çox oxunanalar