Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda Qərbin yeni rəngli inqilab ssenariləri hazırlanır?

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti bir qrup şəxsin güc yolu ilə ölkədə hakimiyyəti dəyişməyi planlaşdırması barədə bəyanat yayıb...

Politoloq: “Cənubi Qafqaz regionunda Ermənistan və Gürcüstan Qərb-Rusiya qarşıdurmasına hazırlanır”.

“Qərbin Rusiyanın zəif durumundan istifadə edib ətrafında gərginlik yaratmağa cəhd etməsini gözləmək normal haldır”.

Bu sözləri politoloq Azər Qasımov Qərbin Gürcüstan planını Poliqon-a şərh edərkən qeyd edib.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir qrup şəxsin güc yolu ilə ölkədə hakimiyyəti dəyişməyi planlaşdırması barədə bəyanat yayıb. Qrup ölkə daxilində və xaricində hazırlanmış plana əsasən bu ilin oktyabr-dekabr ayları ərzində müəyyən qrupların destabilizasiya təşkil etməyi planlaşdırdığını, son məqsədin isə hökuməti güc yolu ilə dəyişdirmək olduğunu bəyan edib. Qeyd olunub ki, destruktiv proseslərin başladılması üçün Avropa Komissiyasının hesabatının dərc ediləcəyi oktyabr-dekabr ayları seçilib.

Gürcüstanda Qərbin yeni rəngli inqilab ssenariləri hazırlana bilər? Ümumiyyətlə Gürcüstan-Qərb münasibətlərinin hazırkı səviyyəni necə dəyərləndirərdiz?

Gürcüstanda baş verən prosesləri Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Rusiya Ukrayna müharibəsində getdikcə batır. Rusiyanın dəstəklədiyi rejimlərin də devrilməsi üçün planlar hazırlanır”.

Gürcüstan siyasi arenasının əsas problemi Qərbin vaxtilə onlarda yaşatdığı xəyal qırıqlığı olduğunu düşünən politoloq Poliqon-a bildirib ki, Qərb bu istiqamətdə ümidverici vədlər verə bilsə, Gürcüstan siyasi arenası tamamı ilə Rusiyanın əleyhinə qalxacaq:

“Qərbin Rusiyanın zəif durumundan istifadə edib ətrafında gərginlik yaratmağa cəhd etməsini gözləmək normal haldır. Rusiya Ukrayna müharibəsində getdikcə batır. Rusiyanın dəstəklədiyi rejimlərin də devrilməsi üçün planlar hazırlanır. Cənubi Qafqaz regionunda isə Ermənistan və Gürcüstan Qərb-Rusiya qarşıdurmasına hazırlanır. Gürcüstanın rəngli inqilab ssenarisi bir dəfə baş tutub. İkinci dəfə də baş tutma ehtimalı böyükdür.

Təbii ki, Gürcüstan 2008ci il Rusiya işğalından sonra Qərbdən gözlədiyi dəstəyi ala bilməmiş, onların Qərbə olan inamı qırılmışdı. Amma tarixi şərait dəyişdikcə Gürcüstanda Qərbin təsir gücü yenidən bərpa olunur. Gürcü xalqı Azərbaycanın uğurlarından sonra öz ərazi bütövlüyünü bərpa etmək arzusuna yenidən başlayır. Rusyönlü hakimiyyətin siyasətini acı təcrübə idarə edir. Onlar Rusiyadan çəkindikləri üçün Rusiyanın yanında kimi görünürlər. Bu, o demək deyildir ki, hakimiyyətdəkilər Gürcüstanın ərazi bütövlüyünün bərpasını istəmirlər.

Hesab edirəm ki, Gürcüstan siyasi arenasının əsas problemi Qərbin vaxtilə onlarda yaşatdığı xəyal qırıqlığıdır. Qərb bu istiqamətdə ümidverici vədlər verə bilsə, Gürcüstan siyasi arenası tamamı ilə Rusiyanın əleyhinə qalxacaq. Bu, Gürcü xalqının ruslara olan münasibəti dən də görünür. Gürcü xalqı ümumilikdə Qərbyönlü xalqdır, sadəcə Saakaşvilinin hakimiyyəti dövründə demokratiya anlayışını həddindən artıq istismar etməsi səbəbindən onlarda müəyyən komplekslər yaranıb. Normal demokratik cəmiyyət arzusu və ərazilərinin işğaldan azad edilməsi istəyi onlarda Qərbyönümlü istiqamətin hisslərini yenidən alovlandıracağı şübhəsizdir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket: Gürcüstan Qərb


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar