Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyır...
Poliqon xəbər verir ki, Sergey Lavrov ba barədə TASS Agentliyinə müsahibəsində bildirib. Onun fikrincə, buna sübut Qərb dövlətlərinin Minsk razılaşmalarını yerinə yetirmək istəməməsi olub.
“Rusiya prezidenti Vladimir Putinlə Minsk razılaşmalarını imzalayan liderlərin açıq şəkildə bu sazişi yerinə yetirmək fikirlərinin olmamasını etiraf etdikdən sonra, aydın oldu ki, onlar Ukraynanın ərazi bütövlüyünün pozulması üçün şərait yaradıblar”, deyə Lavrov TASS-a müsahibəsində bildirib.
Qeyd edək ki, Lavrov bir daha vurğulayıb ki, Rusiya Ukraynadakı hərbi münaqişənin həlli üçün dinc danışıqları bərpa etməyə hazırdır, lakin bu proses “yerdəki reallıqlar nəzərə alınmaqla” baş tutmalıdır. Onun sözlərinə görə, danışıqlar və məsləhətləşmələr zamanı dörd yeni rayonun Rusiyaya birləşməsi faktını nəzərə almaq lazımdır, onların ərazi mənsubiyyəti müzakirə oluna bilməz.
Poliqon.info