Avropa Parlamentinin Almaniyadan olan üzvü Qunnar Bek Avropa Komissiyasını Polşanın viza qalmaqalına münasibət bildirməyə çağırıb...
Poliqon xəbər verir ki, bu barədə Pusiyanın Lenta.ru portalı Qunnar Bekin məktubuna istinadən yazır.
Qeyd edək ki, sentyabrda Polşada miqrasiya sahəsində ciddi səhvlərə yol verən yüksək rütbəli diplomatların hərəkətlərinə görə qalmaqal yaranıb. Polşa Mərkəzi Korrupsiyaya Qarşı Mübarizə Bürosu hesab edir ki, vizalar Asiya və Afrika ölkələrindən olan əməkçi miqrantlar üçün satılıb. Eyni zamanda, bir çox miqranta “Şengen zonası”na çoxdəfəlik giriş vizası verilib.
Avropa Komissiyasına yazdığı məktubunda Qunnar Bek qeyd edib ki, Polşa mediasına görə, təxminən 250 min viza hər biri min avro olan Polşa konsulluqları vasitəsilə dünyada, xüsusilə Afrika və Asiya ölkələrinin vətəndaşlarına satılıb.
“Qalmaqalın üzə çıxmasından sonra Piotr Vavrşik Polşa xarici işlər nazirinin müavini vəzifəsindən qovulub, onun köməkçisi də daxil olmaqla daha 7 nəfər rüşvətxorluqda ittiham olunub. Aİ xarici sərhədlərinin qanunsuz keçməsinə şərait yaradan fəaliyyətləri təşkil edən və ya kömək edən fiziki və hüquqi şəxsləri təqib etmək hüququna malikdir”, deyə məktubda deyilir.
Avropa Parlamentinin üzvü, Avropa Komissiyasının Polşanın rəsmi orqanları tərəfindən vizaların “fırıldaq yolla” verilməsinin hibrid hücuma bərabər tutula biləcəyini hesab edib-etmədiyini və Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə əsasən cinayət işinin başlanılıb-başlanılmayacağı ilə maraqlanıb. Bek Polşanın ittifaqdan çıxarılması proseduruna başlamağıda təklif edib.
“Niyə Aİ-yə daxil olmayan hibrid hücumlar ilə üzv dövlətlərin hibrid hücumları arasında fərq qoyulur” deyə Avropa Parlamentinin Almaniyadan olan üzvü sual edib.
Poliqon.info