Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya kubalıları aldadıb müharibəyə cəlb edir

Rusiya Kuba vətəndaşlarını Ukraynaya qarşı müharibədə iştirak etmək üçün cəlb edir...

Rusiya Kuba vətəndaşlarını Ukraynaya qarşı müharibədə iştirak etmək üçün cəlb edir. İşə götürənlərin təklifi ilə razılaşanların əksəriyyəti üçün bu, sadəcə olaraq Kubadan qaçmağın bir yoludur”.

Poliqon xəbər verir ki, bu barədə jurnalistləri bəzi kubalı muzdlularla əlaqə saxlamağı bacaran Politico nəşri yazır.

Nəşr 19 yaşlı havanalı Sezarı misal gətirir. O, dolanışığını çətinliklə təmin və bir dəfə Kubadan qayıqla çıxmaq üçün uğursuz cəhd göstərib. İndi o, “Azadlıq adasını” təyyarə ilə tərk edə və Moskvaya uça biləcək. Biletin pulunu isə işə götürən şəxs ödəyib.

“Əgər bu, ailəmin uğuru üçün etməli olduğum fədakarlıqdırsa, mən bunu edəcəm. Sən nüvə fiziki ola, amma hələ də burada ac qala bilərsən. İndiki maaşımla tualet kağızı və ya süd kimi sadə şeyləri çətinliklə ala bilirəm”, deyən Sezar müharibədə ona sadəcə feldşer olmağa icazə veriləcəyinə ümid etdiyini qeyd edib.

Politico həmçinin müəyyənləşdirib ki, bütün kubalı işə qəbul olunanlara cəbhədə nə etməli olduqları barədə həqiqət deyilmir. Məsələn, Pedro adlı 40 yaşlı könüllü iddia edir ki, işəgötürənlər ona sürücü kimi iş vəd ediblər. Onun işi guya arxa cəbhədə işçiləri və tikinti materiallarını daşımaq olacaq. Amma Rusiyaya gələndə ona deyilib ki, əslində əlində silahla döyüşməlidir.

“Biz şeytanla müqavilə bağladıq. Amma şeytan konfet vermir”, deyə Pedro etiraf edib və bildirib ki, tezliklə cəbhəyə göndəriləcək.

Nəşr müəyyən edib ki, Rusiya ötən ilin sonunda Kubada aktiv işə götürmə kampaniyasına başlayıb. Potensial muzdlulara Rusiya ordusu ilə bir illik müqavilə və Rusiyada tez leqallaşma təklif olunur. Həmçinin onlara 2000 dollar birdəfəlik müavinət və 2100 dollar aylıq əmək haqqı vəd edilir. Burda yüzlərlə işə qəbuldan söhbət gedir.

Vəziyyəti şərh edən ekspertlərin fikrincə, Rusiyaya əcnəbilərin cəlb edilməsi daha çox təbliğat məqsədləri üçün lazımdır - dünyanın Ukraynaya qarşı təcavüzü dəstəklədiyini göstərmək üçün. Avropa Siyasət Təhlili Mərkəzinin (CEPA) baş əməkdaşı Pavel Luzin deyir:

“Dil bilikləri, ərazi biliyi və ya müasir müharibəyə adekvat hazırlıq olmadan onlar tez öldürüləcəklər”.

Poliqon.info


Etiket: Rusiya Kuba Muzdlu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar