Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp seçiciləri cəlb etmək üçün barda pulsuz pizza paylayıb - Video

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərində insanların sevgisini və səsini qazanmağın yolunu tapıb...

Poliqon xəbər verir ki, siyasətçi Ayova ştatında bir bara gedib və insanlara pulsuz pizza paylamağa başlayıb. Bu barədə Daily Mail nəşri məlumat yayıb.

Nəşr yazır ki, Tramp adətən tərəfdarlarının toplaşdığı “Treeshouse” barına gedib. Keçmiş Amerika lideri yemək paylamaqla yanaşı, müəssisəyə baş çəkmək qərarına gələn qızlardan birinin köynəyinə avtoqraf da yazıb.

Xatırladaq ki, iyun ayında eks-prezident dövlət sənədləri ilə düzgün davranmamaqda ittiham olunub. Tramp həmçinin 2021-ci il yanvarın 6-da Kapitoliyə hücum cəhdinə səbəb olan seçki nəticələrinin ləğv edilməsinə çağırışa görə cinayət ittihamı ilə üzləşir.

Siyasətçi bildirib ki, bu yolla opponentlər onu seçkilərdə iştirakdan imtina etməyə sövq etməyə çalışırlar.

Bir gün əvvəl Tramp prezidentlik yarışından əl çəkməyəcəyini və “cəhənnəmə gedən” ölkəni xilas etmək istədiyini vurğulayıb. Tramp qarşıdan gələn seçkiləri ABŞ-ı xilas etmək üçün son şans adlandırıb

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar