Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmişlidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər çərçivəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb...

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Muradxanlı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nəcəfov saxlanılıb.

Onun yaşadığı kənd ərazisinə keçirilən baxış zamanı çöllük sahədə sonuncu tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və yaş çəkisi 152 kiloqram olan 47 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar