Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden BMT Təhlükəsizlik Şurasına daimi üzvlərinin artırılmasını istəyir

ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasının sessiyasında təşkilatın Təhlükəsizlik Şurasının strukturuna dəyişikliklər təklif edəcək...

Poliqon The Telegraph nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Gözlənilir ki, dünya liderlərinin Nyu-Yorkda keçiriləcək görüşü zamanı Co Bayden Rusiya Federasiyası və Çinin təsirinə qarşı çıxmaq üçün BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinə çağırış edəcək”, deyə bildirilir.

Qeyd edilir ki, Bayden BMT Təhlükəsizlik Şurasına Hindistan, Braziliya, Almaniya və Yaponiya da daxil olmaqla beş və ya altı yeni daimi üzvün daxil edilməsində israrlıdır. Braziliya və Cənubi Afrika ABŞ-ın mümkün daimi üzvləri hesab olunur.

Hazırda BMT Təhlükəsizlik Şurası beş daimi üzvdən ibarətdir: Çin, Rusiya Federasiyası, ABŞ, Böyük Britaniya və Fransa. Onun həmçinin iki il müddətinə seçilən 10 qeyri-daimi üzvü var.

"Düşünürəm ki, prezident Bayden bu barədə bir az daha danışacaq. Biz bunu aydınlaşdırdıq və hesab edirik ki, Təhlükəsizlik Şurasının strukturu məsələsini gündəmə gətirməyin vaxtı çatıb", deyə Kirbi bildirib.

Baydenin çərşənbə axşamı Baş Assambleyanın sessiyasında çıxış edəcəyi gözlənilir. Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ilk dəfə bu tədbirdə Volodimir Zelenskinin də şəxsən çıxış edəcəyi gözlənilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

NATO qoşunlarını Ukraynaya göndərilir? - Sunak aydınlıq gətirdi

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxılıb...

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

Ötən gün meyiti tapılan Ermənistan hərbçisinin qətlə yetirildiyi açıqlanıb

Ən çox oxunanalar