Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masazırda evdən qadın meyitinin tapılmasının təfərrüatı məlum olub   

Abşeron rayonu Masazır qəsəbəsi Qara Qarayev küçəsində, atasının evində meyiti tapılan Səbinə Rzayevanın ölümünün bəzi təfərrüatı məlum olub...

Mərhumun atası Cavad Rzayev “Report”un yerli bürosuna bildirib ki, qızı 20 ildən çoxdur narkotik istifadəçisidir.

Elə bu səbəbdən də o, yalnız 6 ay evli olub. Həmin evlilikdən də Ömər adlı bir oğlu dünyaya gəlib.

C.Rzayev bildirib ki, nəvəsi 10 ildən çoxdur onların himayəsindədir. Mərhum anası ildə bir-iki dəfə uşağa baxmağa gəlirmiş:

“Qızım boşandıqdan sonra Bakıda bizə məlum olmayan bir oğlanla münasibət qurdu və narkotikdən daha çox istifadə etməyə başladı”.
Qeyd edək ki, S.Rzayeva bir neçə dəfə müxtəlif maddələrlə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə isə tanışı tərəfindən döyüldükdən sonra atası evinə gəlib və orada vəfat edib.

Xatırladaq ki, sentyabrın 13-də saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsində evlərin birində 1983-cü il təvəllüdlü Səbinə Cavad qızı Rzayevanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info


Etiket: qadın meyiti


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

Ən çox oxunanalar