Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər təlaş içində: “Zəngəzur dəhlizi” “Google” xəritələrində açıqdır - Foto

Bazar ertəsi “Telegram”ın erməni seqmentində “Google” xəritələrində Süniklə (Ermənistan) Naxçıvanı birləşdirən magistral yolun bir hissəsinin bu ilin dekabrında açılacağı ilə bağlı maraqlı məlumatın meydana çıxması ilə əlaqədar isteriya yaşanır...

APA Vesti.az-a istinadən xəbər verir ki, “Telegram” kanallarının müəllifləri bildiriblər ki, yolun bu hissəsinin açılması yalnız “Zəngəzur dəhlizi” layihəsinin həyata keçirilməsi üçün maraq kəsb edə bilər.

Ermənilər bunu təxribat adlandırıb və ABŞ-ı ittiham ediblər:

“Google öz xəritələrini milli kartoqrafiya institutlarının məlumatları əsasında yaradır. Ermənistanda bu tip qurumlar çoxdan ləğv edilib, Rusiya isə açıq-aşkar şəkildə “Google”a məlumat ötürə bilməzdi, əgər məlumatı Azərbaycan ötürmüş olsaydı, o zaman Ermənistan ümumiyyətlə mövcud olmazdı, bu isə, nə cür adlandırılmasından asılı olmayaraq, yeganə variant kimi məlumatların ABŞ Milli Kartoqrafiya İnformasiya Mərkəzindən əldə olunması deməkdir”.

Ermənilərin fikrincə, əldə olan məlumatlar onu sübut edir ki, məhz Qərb regionda siyasət qurur, gələcəkdə baş verə biləcək münaqişənin təşkilinin arxasında məhz Qərb dayanır və burada məqsəd “Zəngəzur dəhlizi” layihəsinin həyata keçirilməsi, Ermənistanın parçalanmasıdır.

Bu fərziyyələri bir kənara qoyaq. Madam ki, ermənilər dünyanı belə görür, onlar üçün mənzərə bu formadadır, onlar gözündə hadisələr bu versiyada cərəyan edirsə və istənilən halda onları bunun əksinə heç kim inandıra bilməyəcək.

Həyatda da gördüyümüz kimi, onları faktla üz-üzə qoymaq lazımdır. Ermənilərdən fərqli olaraq, istənilən ağıllı iqtisadçı və siyasətçi (bildiyimiz kimi, dünyada bir aksiom var və Leninin səsləndirdiyi kimi “siyasət iqtisadiyyatın təmərküzləşdirilmiş ifadəsidir”) “Zəngəzur dəhlizi”nin qlobal yol infrastrukturunda logistika halqası kimi mühüm əhəmiyyət kəsb etdiyini başa düşür. Bu səbəbdən də dünyanın bütün qitələrindəki müxtəlif güc mərkəzlərindən bu layihəyə bu qədər yaxından diqqət yetirilir.

Vesti.az olaraq nəqliyyat kommunikasiyalarının bu ilin sonunda açılacağı ilə bağlı “Google”dakı məlumatları araşdırmaq qərarına gəldik. Nəticədə həmin məlumatı tapa bilmədik, çünki “Google” dörd gün ərzində məlumatları dəyişib. Hazırda xəritələrdə bu marşrut açıq olaraq göstərilir.

Bu isə o deməkdir ki, “Zəngəzur dəhlizi” “Google”da açıqdır, yalnız layihəni yerdə həyata keçirmək qalır və bunun arxasında kimin dayanması əhəmiyyətli deyil.

Deməli, erməni tərəfinin hələ vaxtı var ki, Azərbaycanın qərb rayonlarının Ermənistan ərazisi vasitəsilə Naxçıvanla əlaqəsinin olacağı fikrinə alışsın.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar