Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin alimləri obyektləri uzaqdan idarə etməyi öyrəniblər

Çin alimləri maqnit sahəsindən istifadə edərək obyektləri uzaqdan idarə etmək üçün cihazın prototipini yaratmağa nail olublar...

Bu barədə “South China Morning Post” qəzeti xəbər verir.

Tədqiqatçıların fikrincə, onların araşdırmalarına Hollivudun “Star Wars” (“Ulduz müharibələri”) filminin epizodları istiqamət verib, bu filmdə “ceday”lar güc təkanı vasitəsilə obyektləri özlərinə tərəf çəkə və ya uzaqlaşdıra bilirdilər.

Əvvəllər hesab edilirdi ki, obyektlərə uzaqdan təsir göstərmək üçün maqnit sahəsindən istifadə perspektivsiz bir istiqamətdir, çünki məsafə artdıqca sahənin gücü qısa müddətdə azalır.

Çin Xalq Respublikasının alimləri iddia edirlər ki, onlar bu problemi həll edə biliblər və kosmosda bir kilometr məsafədə yerləşən güc sahəsi böyük bir cismi itələyəcək və ya onu kosmik gəmi ilə toqquşmasının qarşısını alacaq qədər güclü olacaq.

"Prototipin dizaynı və eksperimental sınaqları artıq davam edir", - deyə layihə rəhbəri və Çin Milli Müdafiə Texnologiyaları Universitetinin elmi əməkdaşı Can Yuanven bildirib.

Alimlərin dediklərinə görə, onların cihazı alətin lüləsinin oxu boyunca yayılan və maqnit sahəsindən istifadə edərək obyektlərə birbaşa təsir edən plazma halqaları yaradan “maqnit tüfəngidir”. Qurğunun iş prinsipi artıq istifadə olunan plazma mühərriklərinin iş prinsipinə bənzəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Ən çox oxunanalar