Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyevin ani İsrail səfəri - Bölgədə nələr baş verir?..

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İsrailə səfər edib...

Politoloq: “Hikmət Hacıyevin keçirdiyi hər iki görüşlə bağlı informasiya çox azdır”.

Ermənistan silahlı qüvvələrinin 1 sentyabr təxribatlarına Azərbaycan tərəfi layiqli cavab versə də, aydın məsələdir ki, bu təxribatların ardı gələcək. Buna görə də, rəsmi Bakı ehtimal ssenarilərə qarşı qabaqlayıcı tədbirlər görür”.

Bu sözləri politoloq Turan Rzayev Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrail səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib.

Səfərin ani olması və gözlənilmədən baş verməsi diqqət çəkir. Bir digər məsələ də Hikmət Hacıyevin keçirdiyi görüşlərdir. Belə ki, o, əvvəlcə İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi, daha sonra isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Bəs Hikmət Hacıyevin İsrailə ani səfərində hansı məqamlar ola bilər? Nələr baş verir?

Bölgədə baş verən prosesləri və bu səfəri Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Son zamanlar Ermənistanla Azərbaycan arasında gərginliyin artması və təxribatların intensivləşməsi Hacıyevin keçirdiyi görüşlərdə nələrin müzakirə olunduğuna dair ipucları verir”.

Bakının Xankəndiyə müdaxilə ehtimalı halında regionda gərginliyin yenidən pik həddə çata biləcəyini düşünən politoloq Poliqon-a açıq2lamasında vurğulayıb ki, belə olan təqdirdə rəsmi Bakı Ermənistanın dezinformasiyalara əl atacağı və dünya miqyasında başladacağı ehtimal kampaniyaların qarşısını almaqdan ötrü diplomatik təmasları intensivləşdirib:

“Hikmət Hacıyevin keçirdiyi hər iki görüşlə bağlı informasiya çox azdır. Lakin bununla belə, son zamanlar Ermənistanla Azərbaycan arasında gərginliyin artması və təxribatların intensivləşməsi Hacıyevin keçirdiyi görüşlərdə nələrin müzakirə olunduğuna dair ipucları verir.

Ronen Levi ilə görüşdə ikitərəfli əlaqələr, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edilib. Prinsip etibarilə, Azərbaycan-İsrail münasibətləri hərbi-siyasi, iqtisadi-diplomatik və digər sahələrdə yükək səviyyədə inkişaf edir. Aydın məsələdir ki, Hikmət Hacıyev Ronen Leviyə bunu xatırlatmaq üçün İsrailə getməyib. Məsələ ondadır ki, Araik Arutyunyanın “istefası”ndan sonra Xankəndi və ətraf ərazilərdəki separatçılar arasında böhran dərinləşir. Bu, rəsmi Bakının əraziyə nəzarəti tam ələ keçirməsi baxımdan ideal fürsətdir. Yəni “seçki” zamanı və ya sonrasında vəziyyət silahlı insidentə keçərsə, Bakının Xankəndiyə müdaxiləsi baş tuta bilər.

Turan Rzayev: “Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və perspektivlərin müzakirə olunması diqqət çəkir”.

Ermənistan silahlı qüvvələrinin 1 sentyabr təxribatlarına Azərbaycan tərəfi layiqli cavab versə də, aydın məsələdir ki, bu təxribatların ardı gələcək. Buna görə də, rəsmi Bakı ehtimal ssenarilərə qarşı qabaqlayıcı tədbirlər görür. Həm Ermənistanın şərti dövlət sərhədində təxribatları və Azərbaycanın buna verəcəyi cavab fonunda, həm də Bakının Xankəndiyə müdaxilə ehtimalı halında regionda gərginlik yenidən pik həddə çata bilər. Rəsmi Bakı belə olan təqdirdə Ermənistanın dezinformasiyalara əl atacağı və dünya miqyasında başladacağı ehtimal kampaniyaların qarşısını almaqdan ötrü diplomatik təmasları intensivləşdirib. Mümkündür ki, Hikmət Hacıyev Ronen Levi ilə bu məsələləri müzakirə edib.

İsrailin Baş naziri B.Netanyahu ilə görüş zamanı da yuxarıda qeyd etdiyim detallardan bəhs edildiyini demək olar. Hacıyev-Netanyahu görüşündən sonra Azərbaycanın İsraildəki səfirliyinin “X” səhifəsində bu paylaşım edilib:

Benyamin Netanyahu cənab Hacıyevi qəbul edib, o, İlham Əliyevin salamlarını və ən xoş arzularını Baş nazirə çatdırıb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub”, deyə səfirliyin paylaşımında bildirilib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və perspektivlərin müzakirə olunması diqqət çəkir. Mümkündür ki, bu perspektivlər yuxarıda qeyd etdiyim məsələlərlə bağlıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay