Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda qaydaları heçə sayan intizamsız sürücülər cəzalandırıldılar - Video

Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində şəhər ərazisində növbəti profilaktik tədbir keçirilib...

Tədbir zamanı atmosferi normadan artıq çirkləndirən avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb.

Ekoloji normalara cavab verməyən avtomobil sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı rayon ərazisində xeyli sayda sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilib.

Həmçinin, Xırdalan şəhərində yol polislərinin cari il ərzində intizamsız sürücülərə qarşı keçirdikləri proflaktik tədbirlər zamanı protokolar tərtib edilib. O cümlədən, avtomobili sərxoş vəziyyətdə idarə edən, narkotikin təsiri altında sükan arxasında əyləşən, sürücülük hüququ olmayan, avtoxuliqanlıq edən, polisin qanuni saxla əmrinə tabe olmayan, yük və sərnişindaşıma qaydalarını pozan, dayanma-durma qaydalarına əməl etməyən sürücülər barəsində inzibati protokol tərtib edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, eləcə də digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də müvafiq tədbirlər görülüb.

Abşeron rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan intizamsız sürücülərə qarşı profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Poliqon.info

 


Etiket: sürücülər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir?

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

Tovuzda avtomobil çaya düşüb - iki nəfərin axtarışları aparılır

Ən çox oxunanalar