Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojinin mirası: Şoyqu “Vaqner qrupu”nun ləğvi üçün hər şeyi edir...

Rusiyanın Müdafiə Nazirliyi “Vaqner qrupu”nun ləğvinə Putindən daha çox diqqət yetirir...

Poliqon xəbər verir ki. bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun məlumatında bildirilir.

Rusiyalı bloggerlər iddia edirlər ki, Rusiya Müdafiə Nazirliyi hələ Priqojinin ölümündən əvvəl “Vaqner” şirkətlər qrupunun Yaxın Şərq və Afrikadakı fəaliyyətini dayandırmaq üçün fəal şəkildə hərəkətə keçib.

Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan “Rıbar”telegram kanalı müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun yerli rəsmiləri “Vaqner” qüvvələri ilə əməkdaşlığı dayandırmağa məcbur etmək üçün Suriya və Liviyaya səfər etdiyi barədə xəbərlər yayıb. Xəbərlərdə bildirilir ki, Yevkurov Suriya rəsmilərinə “Vaqner”in Mərkəzi Afrika Respublikasına (CAR) logistik tədarükünün qarşısını almağı tapşırıb və bundan sonra Suriyanın müdafiə naziri Əli Mahmud Abbas “Vaqner”ə ultimatum verərək muzdluların silahlarını təhvil vermələrini və sentyabrın 20-dək Suriyanı tərk etməyi tələb edib.

ISWnin hesabatında qeyd olunur ki, Yevkurov Afrika ölkələrindəki “Vaqner” muzdluları üçün də oxşar ultimatumları vermək üçün qara qitəyə səfər edəcək və müvafiq ölkələrini rəsmiləri ilə görüşəcək. Yevkurov “Vaqner”in Suriyadakı nümayəndələrinə Priqojinin öldürülməsindən sonra ÖHŞ-yə kimin nəzarət edəcəyi ilə bağlı hələ qərarın olmadığını deyib və onları Rusiya Müdafiə Nazirliyinə bağlı olan “Redut” ÖHŞ-yə yazılmağa və tərksilah olmaq üçün hazırlaşmağa çağırıb.

“Rıbar” həmçinin iddia edir ki, Rusiya Müdafiə Nazirliyi “Vaqner”çilərini tamamilə ya Moskva vilayətindəki “Patriot” könüllülər korpusuna, ya da “Redut” ÖHŞ-yə köçürməyə çalışır. Kanal həmçinin əlavə edib ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndələri “Vaqner”çilərə birbaşa təzyiq göstərməkdən qorxurlar və bunun əvəzinə Yaxın Şərq və Afrikadan olan rəsmilərə ÖHŞ-lərlə əlaqələrini kəsmələri üçün təzyiq edirlər və muzdlulara başqa seçim qoymurlar.

Araşdırmaçı jurnalist Andrey Zaxarov adı açıqlanmayan mənbələrə istinadən bildirir ki, silahlı üsyandan sonra keçirilən iki görüşdən birində Putin Priqojinə “Vaqner”in Yaxın Şərq və Afrikadakı fəaliyyətini davam etdirməyə icazə verib, lakin ona Ukrayna və Rusiyanın işlərinə qarışmamağı tapşırıb. Zaxarov əlavə edib ki, bundan sonra Rusiya Müdafiə Nazirliyi Putinin əksinə hərəkət edərək Suriya və Afrikada “Vaqner”i “boğmaq” səylərini gücləndirib və Priqojin təyyarə qəzasından əvvəl ÖHŞ rəhbərliyi ilə birlikdə bu məsələni həll etməyə çalışmaq üçün Moskvaya uçub.

Zaxarov qeydedib ki, hazırda Priqojin imperiyasının Yaxın Şərq və Afrikadakı taleyi bəlli deyil. “Knyaz Çerkasski” telegram kanalı isə yazır ki, gərginlikdən və “Vaqner”in xarici aktivlərinin məhv edilməsindən qaçmaq üçün onları Rusiya Müdafiə Nazirliyi deyil, üçüncü tərəf, ola bilsin ki, başqa bir Rusiya güc strukturu ələ keçirməlidir. Kanal həmçinin iddia edib ki, Rusiya Müdafiə Nazirliyi “Vaqner”i dağıtmağa tələsmiş ola bilər, çünki Kreml hələ onun taleyi ilə bağlı qərar verməmişdən MN ÖHŞ-nin qalıqlarına nəzarəti ələ keçirən əsas təşkilat olmaq istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Ən çox oxunanalar