Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının yeni qələbəsi: Sentyabrda nələr yaşana bilər?

BMT Təhlükəsizlik Şurasının Ermənistanın tələbi ilə Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclası nəticəsiz başa çatdı. BMT TŞ-nin 15 üzvünün – 5 daimi, 10 qeyri-daimi – iştirakı ilə təşkil edilən iclasda heç bir qətnamə, bəyanat qəbul edilmədi. Bununla da rəsmi İrəvan son kartını oynamış oldu.

Bakının diplomatik qələbəsi

Rəsmi Bakı BMT TŞ-nin iclasından narahat deyildi. Məsələ ondadır ki, təşkilat illərdir vahid qərar verməkdə acizdir. Burada qətnamələr konsensus, ya da səs çoxluğu ilə qəbul edilir. Yəni Ermənistana ən azı 9 səs lazım idi. Bundan başqa, 5 daimi üzvdən heç biri veto hüququndan istifadə etməməlidir.

Xüsusilə daimi üzvlərin bir-birinin əleyhinə veto hüququndan istifadə etməsi illərdir təşkilatın qərarvermə mexanizmini bloklayıb. Misal üçün, Rusiya və Çin hər zaman digər 3 üzv – ABŞ, Fransa və Böyük Britaniyanın təkliflərinin əleyhinə səs verirlər.

Bundan başqa, 15 üzv ölkə arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin olması, habelə BMT-nin ərazi bütövlüyümüzü tanıması rəsmi Bakını rahatladan məqamlardan idi.

Lakin buna baxmayaraq, Azərbaycan BMT TŞ-nin iclasına hazırlıqlı getmişdi. Bunu ölkəmizin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyevin çıxışından da görmək olur. Y.Əliyevin çıxışı zamanı qeyd etdiyi arqumentlər, təqdim etdiyi foto-materiallar, sənədlər Bakının iclasa hazırlıq səviyyəsindən xəbər verirdi. Bundan başqa, usta diplomatın təmkinli duruşu, bədən dili, jestləri də onun arxayınlığından, əslində isə onun timsalında Bakının əlinin güclü olmasından xəbər verirdi.

Nəticə etibarilə Ermənistanhavadarı Fransanın təşəbbüsü ilə keçirilən BMT TŞ-nin iclası Bakının qələbəsi ilə yekunlaşdı. Bu, İrəvanın son ciddi kartı idi.

Gözlər sentyabr ayında

Azərbaycan BMT TŞ iclasında sərgilədiyi qərarlı və inamlı mövqeyindən əl çəkməməli, xüsusilə humanitar yüklərin yalnız Xankəndi-Ağdam yolu ilə daşınması tələbinin üzərində durmalıdır.

Qarşıdan sentyabr ayı gəlir. Ümumiyyətlə, sentyabr-oktyabr ayları son illərdə xüsusilə Cənubi Qafqazda hərbi kontekstdə aktiv aylar hesab edilir. Əlbəttə, bu o demək deyil ki, Azərbaycan mütləq sentyabrda hərbi əməliyyatlara başlayacaq. Ermənistan hazırkı mövqeyindən əl çəkib reallığı qəbul etsə, separatçılar təxribatlara yol verməyib reinteqrasiya prosesindən yayınmasa, regionda hərbi gərginlik üçün əsas olmaz.

Lakin bunların əksi baş verəcəyi təqdirdə rəsmi Bakı əvvəlcə xəbərdarlıq mahiyyətli kiçik, daha sonra isə genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.

Mümkündür ki, separatçılar küncə sıxışmağın yaratdığı vəziyyətdən daha aqressivləşib təxribatlara əl atacaqlar. Belə olan təqdirdə rəsmi Bakı lazımi tədbirləri görəcək.

Müəllif: Politoloq Turan Rzayev

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

“iPhone 16”da yeni bir düymə olacağı açıqlandı

Uşaqlar və valideynlər arasında münasibətlərin pisləşməsinin səbəbləri

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Şəhid Ədalət Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı başa çatıb

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Ən çox oxunanalar