Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afaq Bəşirqızı: "Dünyada qalib ölkənin vüqarlı vətəndaşı olmaqdan gözəl heç nə yoxdur”

Bu gün Azərbaycanın Xalq artisti Afaq Bəşirqızının 68 yaşı tamam olur...

İllərini sənətə vermiş, xalqın sevgisini qazanmış sənətkar üçün yeni yaş nə deməkdir, yaşın fərqi varmı?

Lent.az-ın bu sualını cavablandıran Afaq Bəşirqızı bildirdi ki, onun üçün yaşın fərqi var, həm də çox.

“Əlbəttə yaşın fərqi var. Yaşın gətirdiyi itkiləri danışmaq istəməzdim. Geniş auditoriyada bu söhbəti eləməzlər. Yaşın üstünə yaş gəlməsi, ağbirçək adını almaq, görüb-götürmüş olmaq, öz həyat təcrübəndən kimlərəsə tövsiyə etmək, onları ayıq-sayıq tutmağa çalışmaq insan üçün böyük bir şərəfdir” deyə o bildirib.

Bəs Xalq artisti tövsiyə verməyi və tövsiyə dinləməyi sevirmi?

“Çox nadir hallarda tövsiyə verirəm. Amma ömrünü düzgün yaşamış insanların qiymətli həyat təcrübəsi olur. Bundan istifadə etmək lazımıdr”,- deyə o bildirib.

Afaq Bəşirqızı ən böyük arzusunun artıq həyata keçdiyini də qeyd edib.

“Ən böyük arzum torpaqlarımızın işğaldan azad edildiyini görmək idi, gördüm. Tezliklə köçkün həyatı yaşamış teatrlarımız da öz şəhərlərinə geri dönəcək, Qarabağ yenidən mədəniyyətin beşiyi olacaq. Dünyada qalib ölkənin vüqarlı vətəndaşı olmaqdan gözəl heç nə yoxdur”,- deyə o bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Pirşağıda dənizdə batan oğlanın axtarışları davam etdirilir - Yenilənib

Ən çox oxunanalar