Ukraynanın Ermənistandakı səfirinin müşaviri S.O. faciəvi şəkildə həlak olub...
Poliqon xəbər verir ki, hadisə Göyçə gölündə baş verib.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, avqustun 13-də yerli vaxtla saat 20:17-də Geqarkunik Regional Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 25 metr aralıda göldə çimən kişinin batdığı barədə məlumat daxil olub. Xilasedicilər köməyə gələrək onu sudan çıxarıblar. Hadisə yerinə təcili yardım gəlib və həmin şəxsin öldüyünü bildirib.
Məlum olub ki, o, Ukraynanın Ermənistandakı səfirinin müşaviridir. Hadisə yerinə polis və müstəntiqlər gəlib, cinayət işi başlanıb.
Poliqon.info