Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ABŞ-dan məhbus mübadiləsi üçün 6 milyard dollar alacaq...

ABŞ və İran əsirlərin mübadiləsinə dair “beş-beş” formatında razılığa gəlib...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalının məlumatında bildirilir. Vaşinqton bildirib ki, mübadilə çərçivəsində Tehran 6 milyard dollar da alacaq və bu pulu humanitar əməliyyatlara xərcləyə biləcək. Lakin buna baxmayaraq ABŞ hakimiyyəti İrana qarşı tətbiq edilən sanksiyaları ləğv etmək niyyətində deyil.

Razılaşmaya əsasən, ABŞ həbsxanasında saxlanılan 5 İran vətəndaşı azadlığa buraxılacaq. Dörd ABŞ vətəndaşı isə artıq İran həbsxanasından azad edilib. CNN xəbər verir ki, daha bir amerikalı ev dustaqlığına buraxılıb. Kanalın mənbələrinin bildirdiyinə görə, hələ üzərində iş aparılan “bir neçə məqam var”, lakin yeni danışıqların təfərrüatlar məlum deyil.

ABŞ Dövlət Katibi Entoni Blinken bildirib ki, ABŞ İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil. “İstənilən halda, İran heç bir sanksiyadan azad olmayacaq. Biz sanksiyaları gücləndirməyə və İranın regionda və onun hüdudlarından kənarda sabitliyi pozan fəaliyyətinə qarşı durmağa davam edəcəyik”, deyə Blinken Meksikanın xarici işlər naziri Alisiya Barcena ilə birgə mətbuat konfransında bildirib.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə bildirib ki, İrana vəd edilən 6 milyard dollar xüsusi yaradılmış hesablardan ödəniləcək.

“Bu, əvvəlki administrasiya tərəfindən yaradılmış hesablar sisteminin bir hissəsidir ki, bəzi ölkələr sanksiyalara məruz qalmayan İran mallarını idxal edə bilsin və iranlılar humanitar məqsədlər üçün bu hesablardan vəsait çıxara bilsinlər”, deyə Kirbi qeyd edib.

Qeyd edək ki, ABŞİran iyun ayından bəri məhbus mübadiləsini müzakirə edir. Omanın xarici işlər naziri Bədr bin Həməd bin Həmud əl-Busaidi də iddia edib ki, yaxın gələcəkdə İran Vaşinqtonun sanksiyalarından sonra itirdiyi xarici hesablardakı vəsaitlərinə çıxışı bərpa edə bilər. Nazirin sözlərinə görə, bunun üçün bu tapşırığın icrası prosedurunu və qrafikini razılaşdırmaq lazımdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Əməkdar artist vəfat edən xanımından danışdı

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay