Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qubad qorxaqdır, suyu üfürə-üfürə içir..." - Novella Cəfəroğlu

Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb...

Məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən təsdiqləyiblər.

Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan Fazil Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunub və istintaqa təhvil verilib.

Poliqon xəbər verir ki, məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg az"a bildirib ki, məhkəmə prosesinin sonunu gözləmək lazımdır:

"Mən hesab edirəm ki, bu işi çox da şişirtmək lazım deyildi. Yəni daxildə həll etmək olardı. Ümumiyyətlə Qubad ibadoğlunun FETÖ ilə bağlı olduğuna inanmıram. Çünki o suyu belə üfürə-üfürə içir. Amma Türkiyənin bu işə qarışması bəzi suallar yaradır. İndi gözləyək, görək, sonu necə olacaq".

N.Cəfəroğlu əlavə edib ki, Q. İbadoğlunu ev dustağı edib, tədqiqatı aparmaq olar: "Qubad ibadoğlu dünyada tanınmış iqtisadiyyatçıdır. Onu ABŞ tanıyır və İngiltərnin məşhur universitetində dərs deyir. Yəni elə şeylər var ki, güzəştə getmək olar. Ən azından Qubad ibadoğlunu ev dustağı edib, tədqiqatı aparmaq olar. Ona görə ki, xəstə adamdır. Ümumiyyətlə onun FETÖ ilə əlaqə quracağını düşünmürəm. Çünki FETÖ ilə işləyən "qurd ürəyi yeməlidir". Qubad isə qorxaq adamdır. Yenə də məhkəmənin sonunu gözləmək lazımdır".

Qeyd edək ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

İstanbul şəhərində yaşayan Fazil Qasımov isə Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ən çox oxunanalar