Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayxan Hacızadə: “Laçındakı keçid məntəqəsinin legitimliyini heç kəs sorğulaya bilməz”

“Beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa istinad edən Ermənistan XİN-in sözçüsü Laçın keçid məntəqəsinin Azərbaycan tərəfindən öz suveren ərazilərində yaradıldığından xəbərsizdir və onun legitimliyini heç kim sorğulaya bilməz. Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın bu iddiasını rədd edib”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ermənistanlı həmkarı Ani Badalyanın paylaşımına cavab olaraq yazıb.

Həmçinin Ermənistan XİN-in Vaqif Xaçaturyanın saxlanmasına münasibətini dezinformasiyadan ibarət olduğuna diqqət çəkən A. Hacızadə onun beynəlxalq axtarışda olduğunu xatırladıb:

Ermənistan XİN yenə dezinformasiya yayır. Adıçəkilən 68 yaşlı Vaqif Çerkezoviç Xaçaturyan Xocalıda Meşəli soyqırımı ilə əlaqədar beynəlxalq axtarışdadır”.

Eyni zamanda XİN sözçüsü Ermənistanın BQXK-nin fəaliyyətindən sui-istifadə etdiyini vurğulayıb:

“Təəssüf ki, Ermənistan rəsmiləri üzr istəmək və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinə kömək etmək əvəzinə, hələ də qanunsuz hərəkətlərə, o cümlədən məhkəmədən yayınmaq üçün BQXK-nin fəaliyyətindən sui-istifadəyə haqq qazandırmağa çalışırlar”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol təsdiqlənib

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

16 saylı cəzaçəkmə müəssisəsindən Əfv sərəncamı çərçivəsində üç nəfər azadlığa buraxılıb

Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

Ombudsman: Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir...

Ən çox oxunanalar