Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mais Bərxudarov ittihamlara cavab verib...

“Tərtər İşi” ilə bağlı məhkəmə prosesində mühakimə olunan general-mayor Bəkir Orucov korpus komandiri Mais Bərxudarovu ittiham edib...

“Bəkir Orucov nə danışıbsa, özü bilər. Amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir”.

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında korpus komandiri general-leytenant  Mais Bərxudarov həbsdə olan general-mayor Bəkir Orucovun onu ittiham etməsinə münasibətində deyib.

Qeyd edək ki, “Tərtər İşi” ilə bağlı məhkəmə prosesində mühakimə olunan general-mayor Bəkir Orucov korpus komandiri Mais Bərxudarovu ittiham edib.

O, məhkəməyə ifadəsində bildirib ki, işgəncələrin durdurulması üçün Mais Bərxudarova müraciət edib: “Mən baş verənlərdən narahat idim. Tez-tez Mais Bərxudarova məruzə edirdim. Hər dəfə də baş verənlərdən narahatlığımı bildirirdim ki, bu məsələlər varsa, Hərbi Prokurorluq, yaxud da başqa qurumlar araşdırsın. Onun cavabı isə mənə mənfi olmuşdu. Mənə dedi ki, nazir Zakir Həsənov ona zəng vurub. Nazir Bərxudarovdan  Hikmət Həsənovun korpusunda baş verənlərdən nümunə götürməsini istəyib. Mais Bərxudarov mənə “Nazir dedi ki, nədən qorxursan, Hikmət kimi işləyin, hamısını ifşa edin” , – deyə son və qəti sözünü bildirdi”.

Mais Bərxudarov isə saytımıza açıqlamasında Azərbaycanın hüquqi dövlət olduğunu və hər şeyin qanunla həllini tapdığını deyib: “Nə danışırsa, danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq”.  

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Bakıda müştəri hesaba görə restoran işlədən qadının burnunu sındırdı

"Real Madrid" dünyanın ən bahalı futbol klubu olub

Birinci vitse-prezident Mehriban Əliyeva Zelim Kotsoyevi qızıl medal qazanması münasibətilə təbrik edib

Ən çox oxunanalar