Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN İmişlidə yaşayış binasındakı partlayışla bağlı məlumat yayıb - Yenilənib, Foto

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub...

FHN-in Mətbuat xidmətindən Poliqon-a verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40m² olan ikiotaqlı mənzilin mətbəxində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi və mənzildə bir nəfərin xəsarətlərlə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən xüsusi vasitələrin köməyi ilə partlayış baş verən mənzilin giriş qapısı operativ qaydada açılaraq xəsarətlər almış 1993-cü il təvəllüdlü Musayev İlyas Azay oğlu xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən mətbəxin qapı və pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib.

Əməliyyat şəraitinə uyğun olaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

***

İmişlidə beşmərtəbəli yaşayış binasında partlayış olub.

Poliqon xəbər verir ki, partlayış nəticəsində xəsarət alan var.

İlkin ehtimala görə, partlayışa səbəb mənzillərin birində qaz sızması olub.

Araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyindən Poliqon-a bildirib ki, partlayışdan sonra yanğın müşahidə olunmayıb: "Xilasedicilər tərəfindən partlayış nəticəsində xəsarət alan bir nəfər təcili yardım briqadalarına təhvil verilib".

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar