Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Natəvan vəfat edəndə orada idim"

Xəbər verdiyimiz kimi, ötən gün aparıcı Natəvan Babayeva vəfat edib.

Poliqon.info axşam.az-a istinadən bildirir ki, aparıcı dünyasını dəyişərkən keçmiş iş yoldaşı, Əməkdar jurnalist Ləman Ələşrəfqızı yanında olub. Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Ləman onunla son görüşünü belə xatırlayıb:

"Salam Natış. Necəsən? Təəccüblə üzümə baxdı. Səsim tanış gəldi, ya üzüm, bilmədim. Heç nə demədi. Ona qulluq edən başıörtülü xanıma narazı səslə dedi: 

- Çağırın da tibb bacısını...

Qadın məni işarə edərək soruşdu: 

- Xanımı çölə çıxardım?

Əli ilə "yox" işarəsi etdi. 

- Tibb bacısını çağırın, axı mən gecə heç nəfəs ala bilməyəcəyəm. 

- Natış....

Mənə sıfır reaksiya...

Amma danışır, qıvrılır, nəfəsi gedir, can çəkişir.

Palatadan çıxdım. Hönkürə-hönkürə. Kimsə mənə kiçik əl dəsmalını verdi. 

Alın, təmizdir-dedi. 

Göz yaşlarımı silə-silə dəsmalın ayrılıq olduğunu xatırladım. Əlvida, Natəvan. Tanrı dağında görüşənədək".

Qeyd edək ki, bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən N.Babayeva iyulun əvvəlində müalicə üçün Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş və bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay