Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda mağazada nöqsanlar aşkarlanıb

Bakıda mağazada nöqsanlar aşkarlanıb...

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşları tərəfindən “Wolt Services Azərbaycan” MMC-yə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Əcəmi Naxçıvani, ev 103, giriş 3 ünvanında fəaliyyət göstərən “Wolt Market”də plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, ticarət obyektinin satış vitrinlərində yararlılıq müddəti bitmiş, hər biri 350 qr olan 2 ədəd “Ülkər” əmtəə nişanlı şokolad yağı və hər biri 1 litr olan 5 ədəd “Final” əmtəə nişanlı qarğıdalı yağı məhsulları aşkarlanıb. Satışı həyata keçirilən xardal məhsullarının etiket məlumatlarında istehsalçı tərəfindən həmin məhsulların +10 dərəcə temperaturadək saxlanılmalı olduğu yazıldığı halda, vitrinlərdə +21 dərəcə temperaturda saxlanıldığı aşkar edilib. Satış zalında soyuducularda istifadəyə yararsız məhsullarla istehlaka yararlı məhsulların bir yerdə, həmçinin qida məhsullarının ara məsafə gözlənilmədən birbaşa döşəmə üzərində və çirklənmədən mühafizə olunmayacaq şəkildə saxlanıldığı müəyyən olunub. Satışı həyata keçirilən bir sıra dondurma məhsullarının etiket məlumatlarının Azərbaycan dilinə tərcümə edilmədiyi, eləcə də satış və anbar sahələrinin temperatur və rütubəti ölçən vasitələrlə təchiz olunmadığı aşkarlanıb. Ticarət obyektindən sifariş edilən qida məhsulları daşınan nəqliyyat vasitəsinə baxış keçirilən zaman termoboksun daxili temperaturunun +27 dərəcə olduğu (temperatur rejiminin pozulması) və mal qonşuluğu prinsipinə zidd olaraq qida məhsulları ilə qeyri-qida məhsullarının birlikdə daşındığı müəyyən edilib.

Aşkarlanan faktlarla bağlı protokol tərtib olunub. Eyni zamanda nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib və müvafiq tədbirlərin görülməsi üçün müddət təyin edilib.

Poliqon.info


Etiket: mağaza AQTA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Ən çox oxunanalar