Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bayraktar” Kosovo ordusuna təhvil verilib...

Kosovo lideri bazar günü bildirib ki, onun ölkəsi Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz təyyarələrinin bir partiyasını alıb...

Poliqon Reuters Agentliyinə istinadən bildirir ki, bu açıqlama ölkənin şimalında etnik serblərin Priştina hakimiyyətini tanımaqdan imtina etdiyi və iğtişaşlar törtədiyi bri vaxtda verilirb.

Baş nazir Albin Kurti özünü müdafiə naziri ilə birlikdə pilotsuz təyyarənin qarşısında göstərən Facebook paylaşımında son təhlükəsizlik xərclərinin ölkəni daha təhlükəsiz etdiyini söyləyib. O, Kosovoda bir ilk olan PUA-ların sayı, dəyəri və istifadə məqsədi barədə məlumat verməyib.

Reuters bildirir ki, “Bayraktar” pilotsuz uçan aparatları Ukrayna ordusunun Rusiya qoşunlarına qarşı istifadə etməsindən sonra dünya miqyasında populyarlıq qazanıb.

“Kosovo indi daha təhlükəsizdir və həmişə qürurludur” deyən Kurti hökumətinin son iki ildə qoşun sayını 80 və müdafiə büdcəsinin isə 100 fazidən çox artırıldığını diqqətə çatdırıb.

15 illik Respublika nəhayət 5000-lik nizami və 3000 ehtiyatda olan bir ordu toplayır. 1,8 milyon əhalisi olan ölkədə NATO hərbi alyansının 4500-dən çox sülhməramlısı da var.

Kosovo NATO-ya daxil olmaq istəyir, lakin alyansın dörd üzvü hələ də Kosovonun müstəqilliyini tanımır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək

Ən çox oxunanalar